Infiniti şirkəti iki krossoverin satışlarını dayandırmaq qərarına gəlib. Söhbət Infiniti QX50 krossoverindən və QX60 modelinin hibrid modifikasiyasından gedir. Bu barədə xəbəri Moto1 saytı yayıb.
Lakin, Infiniti aşiqləri məyus olmalı deyillər – QX50 modelinin satışlarının dayandırılması səbəbi, bu avtomobilin yeni nəslin hazır olmasıdır. 2018-ci ilə təqdim ediləcək krossoverin satışlarına bir il sonra başlanacaqdır. Böyük ehtimalla, yeni krossover dəyişən sıxılma əmsalı olan mühərrikə və Nissan tərəfindən hazırlanmış ProPilot yarımavtonom idarəetmə sisteminə sahib olacaqdır.
Infiniti QX60 modelinin hibrid modifikasiyasından gəldikdə isə, ABŞ bazarındakı zəif satışlar bu modifikasiyanın ömrünə son qoyub. Belə ki, 3,5-litrlik benzin mühərriki ilə təchiz edilmiş modifikasiyanın yanacaq sərfiyyatı hibridlə eyni səviyyədə olubmuş. Hibrid krossoverin gələcək taleyi heç də ürəkaçan deyil.
Bir müddət bundan öncə, yapon istehsalçısı QX70 (keçmiş FX) modelinin buraxılışını dayandırdığını bildirmişdi. Belə qərarın qəbul edilməsinə Infiniti QX50 modelinin növbəti nəsli üzərində aparılan işlər olub. Yaponlar yeni modelin bestseller olacağından əmindirlər.
Infiniti QX50 modelinin seriya öncəsi variantı bu ilin yanvarında keçirilmiş Detroyt avtosalonunda nümayiş etdirilib.
Infiniti QX60 Hybrid