Yapinoyanın premium avtomobil istehsalçılarında biri olan İnfiniti şirkəti yanvar ayında baş tutacaq Detroyt avtomobil sərgisinə iki yenilənmiş modellə qatılmaq niyyətindədir. Bunlardan birincisi və bizim oxucuları daha çox maraqlandıracaq avtomobil İnfiniti QX60 krossoveridir. Hal-hazırda bu krossover daha çox İnfiniti JX adı ilə tanınır. Yenilənmiş krossover JX modelindən tam yeni ön hissəsi ilə seçilir. Belə ki, avtomobil radiator barmaqlığının yeni dizaynı, başqa bamper, diodlarından ibarət gündüz işılqları ilə təchiz edilmiş ön fənərlər və LED-elementlərdən hazırlanmış duman əleyhinə fənərlər ilə seçilir.

Krossoverin arxa hissəsi də çüzi dəyişikliklərə məruz qalmışdır. Bu dəyişikliklər arxa fənərlərin yeni formasından və yeni bamperdən ibarətdir. Yenilənmiş zahiri görkəmdən əlavə, krossover yeni yaylar və amortizatorlarla təchiz edilmişdir. Həmçinin, avtomobil yenilənmiş sükan gücləndiricisi ilə də komplektləşdirilir. Bu dəyişiklər nəticəsində döngələrdə banın mailliyi  daha az və avtomobilin idarəetməsi daha iti olacaqdır.

Avtomobilin mühərriklər çeşidi dəyişilməz qalır. Belə ki, QX60 əvvəlki 262 a.q. və 334 Nm fırlanma anı olan 3,5-litrlik V6 tipli benzin mühərriki ilə və hibrid güc aqreqatı ilə təchiz olunur. Hibrid güc aqreqatının tərkibinə 2,5-litrlik benzin mühərriki, elektrik mühərriki və litium-ion tipli batareyalar daxildir.  Hibrid aqreqatının ümumi gücü 250 a.q. və 330 Nm f.a. təşkil edir. Hər iki güc aqreqatı X-Tronic variatoru ilə birlikdə çalışır.

Bütün bunlara əlavə olaraq, QX60 üç qatlı yan şüşələrlə təchiz edilir ki, bu da salonda səs səviyəssinin azalmasına gətirib çıxarır. Bundan əlavə, hibrid sistemində mühərrikin dayaqlarının yenilənməsi sayəsində titrəyişlərin səviyyəsi də aşağı salınmışdır. 

Image alt Image alt Image alt Image alt Image alt