Infiniti şirkəti tərkib hissəsi yeni loqotip olan böyük rebrendinqə başladığını elan edib. Yapon avtomobil istehsalçısı emblemi modernləşdirərək, dəb baxımından onu minimalist hala gətirib. Eyni zamanda, diler mərkəzlərinin yeni tərtibat konsepsiyası təqdim edilib. Şirkətin loqotipi əvvəlki kimi üfüqə gedən yolu simvollaşdırır, lakin onun dizaynı bir qədər təshih edilib. Bu rebrendinq Infiniti brendinin 34 illik tarixindəki dördüncüdür.
Loqotipin xətləri incələşib, brend adındakı hərflər arasındakı məsafə artıb - bu, üfüq xəttini vurğulayır. Eyni zamanda, gələcəkdə Infiniti avtomobillərində işıqlandırılan üçölçülü emblemlər quraşdırılacaqdır. Yeni loqotip şirkətin gələcəyə istiqamətləndiyini və Infiniti brendinin şərtiliyə meydan oxuduğunu vurğulayır.
Yeni emblemi ilk alan avtomobil Infiniti model xəttinin flaqmanı sayılan yeni nəsil QX80 krossoveri olacaqdır. Artıq bu yay, yapon şirkəti gələcək seriya modelinin konseptual prototipini təqdim edəcəkdir. Konseptin QX80 Monograph adlanacağı, yeni platformaya əsaslanacağı, elektron köməkçilər sahəsində ən son nailiyyətləri və yəqin ki, yeni güc aqreqatlarını alacağı məlumdur.
Brendin diler şəbəkəsinə gəlincə, bundan sonra Infiniti sərgi-salonlarının hamısı yapon ənənələrinə uyğun gələn tərtibata malik olacaqlar. Salonlar və avtomobil satış məntəqələrinin “fişkası” müştərilərdə brendlə assosiasiya yaradacaq xüsusi ətir olacaqdır – o, sitrus, sidr və sərv ağaclarının notlarını birləşdirir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.