Infiniti şirkəti 1940-cı illərin yarış avtomobillərinin üslubunda inşa edilən Prototype 9 adlı elektrik konseptini hazırlayıb. Avtomobilin təqdimatı Kaliforniyada keçirilən Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində baş tutacaqdır.
Infiniti markasının tarixi 1989-cu ildən başlayır və digər premium brendlər kimi qədimliyi ilə öyünə bilməz. Lakin, bu fakt yapon dizaynerlərini 1940-cu illərin yarış avtomobillərinə müraciət etməkdən çəkindırməyib.
"Hər şey maraqlı bir fikirlə başladı. Əgər biz Yaponiyanın cənub hissəsində 70 il bundan öncə meşədə gizlədilmiş avtomobili tapsaq nə edərdik? - Infiniti şirkətinin dizayn bölümünün rəhbəri Alfonso Albais bildirib. - Bu avtomobildə ilk Yapon Qran Prisinin ruhu və Infiniti avtomobillərindəki müasir texnologiyalarının vəhdətini yaratsaq? Bu avtomobil necə olardı?".
Infiniti Prototype 9 konseptual avtomobili Nissan Leaf modelindən alınmış 148 at qüvvəsi və 320 Nm frılanma anı hasil edən güc qurğusu ilə təchiz edilib. Yarış avtomobillərində olduğu kimi, güc aqreqatı arxada yerləşdirilib.
Yerindən 100 km/saat həddinə elektromobil 5,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti 170 km/saatdır. Infiniti Prototype 9 modelinin batareyaları yarış trekində 20 dəqiqə intensiv şəkildə hərəkət etməyə imkan verir.
Konseptin qabarit uzunluğu 4330 millimetr, eni - 1820 millimetr, hündürlüyü isə 910 millimetrdir. Bir yerli avtomobilin əsasını polad rama təşkil edir.
Onun kuzov panelləri əllə dəmirdən düzəldilib. Sükan gücləndiricisinə belə malik olmayan avtomobilin çəkisi 890 kiloqramdır.
Infiniti şirkətindən başqa Pebbl-Biçə BMW və Mercedes-Benz şirkətləri də öz yeniliklərini gətirəcəkdirlər. Mercedes-Benz Vision Mercedes-Maybach 6 konseptinin açıq variantını, BMW isə Toyota ilə birlikdə hazırladığı rodsterin carçısını gətirməlidir.