IInfiniti şirkəti Q Inspiration adlı konseptual sedanın yeni təsvirini dərc edib. Yeni konsept bir neçə gündən sonra işinə başlayacaq Detroyt avtosalonunda debüt edəcəkdir. Avtomobil yapon premium brendinin gələcək dizayn üslubu barədə təsəvvür yaratmalıdır.
Bu yapon markasının yeni şef-dizayneri Kərim Həbibinin başçılığı altında yaradılan ilk Infiniti prototipidir. Xatırladaq ki, Kərim Həbibi vaxtı ilə BMW şirkətində müxtəlif vəzifələrdə çalışıb. Onun sözlərinə görə, yeni Infiniti avtomobillərinin kuzovu rəvan xəttlərin üstünlük təşkil etdiyi daha “güclü və balanslaşdırılmış” formalaya sahib olacaqdırlar.
Q Inspiration konsepti barədə geniş məlumat verilməyib. Əvvəllər konseptin yeni elektrokarın carçısı olacağı ehtimal edilirdi. Elektromobilin buraxılacağı barədə məlumat keçən ilin sentyabr ayında peyda olmuşdur. Onun tamamilə yeni modul platformasında inşa ediləcəyi söylənilir. Elektrokarın 2019-cu ildə seriyaya gedəcəyi də ehtimal olunur.