İnfiniti şirkətinin 2016-cı ilin yanvar ayında baş tutacaq beynəlxalq Detroyt avtomobil sərgisində (NAIAS) təqdimatını keçirəcəyi ikinci avtomobil Q50 sedanıdır. Avtomobil zahiri və daxili dəyişikliklərə məruz qalmasa da, texniki cəhətdən bir neçə yeniliklə amerikalı alıcıların nəzərinə çatdırılacaqdır. Bunlardan ən vacibi yeni 3,0-litrlik iki turbinalı V6 tipli benzin mühərrikidir. Yeni mühərrik 400 a.q. və 475 Nm f.a. malikdir ki, bu da onun əvəz edəcəyi 3,7-litrlik altı silindirli atmosfer mühərrikindən 100 a.q. və 75 Nm daha çoxdur.

Yeni mühərrikdə turbinaların sürətinin yeni datçıki tətbiq edilir ki, bunun sayəsində də kompressor dəqiqədə 220 min dövrə edə bilir. Bundan başqa, silindirlər blokunun başına birləşirilmiş yenı buraxılış kollektoru sayəsində katalizatorun buraxılış sisteminə daha yaxın yerləşdirmək mümkün olmuşdur ki, bu da zəhərli tullantıların səviyyəsinin aşağı düşməsinə kömək edir.

Nəhayət, qazbölüşdürmə fazasında tətbiq olunan yeni kiçik elektomotor mühərrikin akseleratora həssaslığı yaxşılaşdırılmışdır.

İnfiniti Q50 mühərriklər çeşidinə 211 a.q. dördsilindirli «turbomühərrik» və 170 a.q. olan 2,2-litrlik dizel mühərriki də daxildir. Bundan başqa, sedan tərkibi 3,5-litrlik benzin mühərriki, elektromotor və litium-ion tipli batareyalar daxil olan 360 a.q. gücü olan hibrid aqreqat ilə də təchiz oluna bilər. Bütün güc aqreqatları 7-pilləli avtomat sürət qutusu ilə birləşdirilir.

Sedan həmçinin təkmilləşdirilmiş sükan gücləndiricisi və Dynamic Digital System adaptiv asqı sistemi ilə komlektləşdirilir. Bu sistem Standard, Snow, Eco, Sport, Sport+ və Personal iş rejiminə malikdir.

Əlavə olaraq avtomobil Premium Plus dəsti ilə təchiz olunur ki, bu dəstin tərkibinə bütün oturacaqların isidilməsi, elektriklə tənzimlənən sükan qolu, avtomatik tündləşən yan aynalar, naviqator və səslə idarəetməli inTouch multimedia sistemi də daxildir.

Hal-hazırda İnfiniti şirkətinin yerli nümayəndəsi Q50 modelini 3,7-litrlik benzin mühərriki ilə və hibrid variantını da təklif edir. 

Image alt Image alt Image alt