İnfiniti şirkəti payızda keçiriləcək Paris avtosalonunda QX50 krossoverini əvəzləyəcək seriya modelini təqdim etməyi planlaşdırır. Bu barədə məlumatı, bu gün keçirilən mətbuat konfransında çıxış edən yapon markasının məhsulların planlaşdırılması üzrə direktoru Keyt Sent-Kler vermişdir. Sent-Kler həmçinin yeni krossoverin Pekin avtosalonunda nümayiş etdirilmiş QX Sport Inspiration konseptinin motivləri əsasında hazırlanacağına da işarə vurmuşdur.

Hazırda İnfiniti QX50 modeli yapon markasının ABŞ bazarındakı satışlarının 51 faizini təşkil edir. Avtomobil bir müddət əvvəl yenilənməyə məruz qalmışdır. Yenilənmiş avtomobil salon genişliyini təmin etmək üçün uzadılmış təkər bazasına malik olmuş və vizual olararq müəyyən dəyişikliklərə məruz qalmışdır.

Xatırladaq ki, prototipin eksteryeri «Powerful Elegance» dizayn fəlsəfəsinin sonuncu təfsirindən istifadə edilərək yaradılmışdır. Yeni konseptin qabarit uzunluğu 4600 millimetr, eni - 1900 millimetr, hündürlüyü - 1650 millimetr təşkil edir. Avtomobilin təkər bazası 2800 millimetrə, klirensi isə 230 millimetrə bərabərdir.

Konseptual avtomobil kuzovun qabarıq xəttləri, güclü təkər tağları, dəbli işıq diodlarından hazırlanmış fənərləri və bu markanın digər konseptlərində müşahidə etdiyimiz radiator barmaqlığı, həmçinin xrom işləmələri və böyük İnfiniti loqotipləri ilə seçilir.

İnfiniti QX Sport İnspiration Concept avtomobili ənənəvi güzgülərdən məhrumdur və onları müəsir videokameralar əvəz etmişdir.

 Eyni zamanda, avtomobildə adət etdiyimiz qapı dəstəkləri yoxdur. İri təkər tağlarının içində maraqlı dizaynı olan təkər diskləri yerləşdirilmişdir. Bundan əlavə, konsept panoram tavan və səsboğucu sisteminin iri boruları ilə təchiz edilmişdir. Avtomobilin interyeri də maraqlı üslubda dizayn edilmişdir.

Futuristik interyerin diqqət çəkən elementlərindən biri də rəqəmsal cihazlar paneli və yeni nəsil məlumat-əyləncə kompleksidir. Bu kompleksin sensorlu ekranları sayəsində konseptin bir çox sistemlərini idarə etmək olar.

Digər diqqət çəkən məqam isə, idman tipli sükan çarxı və yüngülləşdirilmiş oturacaqlardır.  Bundan başqa, interyerin «almaz bucaqları» üslubunda yaradılmış unikal tərtibatını da qeyd etmək olar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt