Infiniti markası bəyan etdiyi kimi, dünən 17 noyabr tarixində FX krossoverinin mənəvi varisi olan QX55 modelini təqdim edib. Xatırladaq ki, FX modelinin dördüncü nəsli Infiniti QX70 adı ilə buraxılsa da, 2017-ci ildə bu modelin istehsalına son verilib. Qeyd etməklazımdır ki, Infiniti FX modelinin birbaşa varisi yoxdur və dünən təqim edilən Infiniti QX55 modeli onun yalnız mənəvi varisi sayıla bilər. Əslində QX55 modeli BMW X4 və Audi Q5 Sportback modellərinin birbaşa rəqibidir.
Yeni kupe-kross 2017-ci ilin Infiniti QX50 krossoverinə əsaslanır. Bu, modelin əsasında mühərrikin köndələn yerləşdiyi platformanın durduğundan xəbər verir. Model, arxa oxu qoşan muftaya malik olan tam ötürmə sistemi ilə təchiz edilir. Hər iki modelin təkər bazasının uzunluğu 2800 millimetr təşkil edir. İki avtomobil arasındakı fərq yalnız kuzovun formasındadır.
Yeni QX55 modeli donorundan 39 millimetr daha uzun və 56 millimetr daha alçaqdır. Beləliklə, Infiniti QX55 modelinin qabarit uzunluğu 4732 millimetr, eni – 1903 millimetr, hündürlüy isə 1622 millimetrdir. Krossoverin bəyan edilmiş klirensi 219 millimetrə bərabərdir.
QX55 modelinin yan şüşələnmə xəttinin xarakterik forması FX krossoverini xatırlatmalıdır – buna görə də dizaynerlər QX50 modelinin arxa dayağının “qırılmış” formasından imtina edilməli olublar. Arxa hissənin dizaynı da dəyişdirilib - hər biri 45 işıqdiodlarından ibarət olan yeni arxa fənərlər quraşdırılıb, dövlət nömrə nişanı baqaj qapağındn bamperə köçürülüb, qapının açılması düyməsi isə emblemə inteqrasiya olunub.
Krossoverin "üzü" də yenilənib: fərqli bamper və genişləndirilmiş radiator barmaqlığı avtomobilin çöhrəsinə aqressiya əlavə etməlidir. 20-düymlük təkər diskləri baza təchizatına daxil edilib.
Bununla belə, QX50 və QX55 modellərinin interyer dizaynı eynidir. Yeganə fərq tərtibat materiallarının təzadlı birləşmələrindədir. Ön paneldə klassik cihazlar paneli, mərkəzi konsolda isə iki ekran vardır. Qeyd etmək lazımdır ki, kupe-kross Apple CarPlay tətbiqini sizmsiz dəstəyinə sahib olan ilk Infiniti modelidir.
Arxa sıranın oturacaqları 150 millimetrlik aralığında tənzimləmə dizapozonunu qoruyub-saxlayıb. Məlum məsələdir ki, yeni krossoverin baqaj bölümü daha kiçikdir: 895 litr əvəzinə 762 litr. Arxa divanın qatlanması halında isə baqajın tutumu 1699 litr əvəzinə 1532 litr təşkil edir.
Texniki cəhətdən iki model arasındakı yeganə fərq, idman tənzimləmələri olan asqıdan ibarətdir. Krossover, dəyişkən sıxılma nisbətinə və qarışıq püskürməsi olan 272 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,0-litrlik VC Turbo mühərriki ilə təchiz edilir. Güc aqreqatı CVT qutusu və standart tam ötürməs sistemi ilə birlikdə çalışır. QX50/QX55 ailəsi üçün digər güc aqreqatları nəzərdə tutlmayıb.
İlkin versiyalar elektrik gücləndiricis olan adi sükan mexanizmi ilə təklif edilirlər, daha bahalı versiyalar üçün əmrləri sükana naqillər vasitəsi ilə ötürən Direct Adaptive Steering sistemi nəzərdə tutulub. Ötürmə nisbəti və sükan həssaslığı seçilmiş rejimdən və sürətdən asılı olaraq dəyişir. Nəhayət, opsiyalar arasında ProPilot Assist sistemi, yəni avtomagistral avtopilotu var.
Infiniti QX55 modelinin satılacağı ilk bazar Şimali Amerika olacaqdır. Buradakı satışların 2021-ci ilin yazında başlanacağı gözlənilir. Kupe-krossun digər bazarlardakı satışlarına bir müddət sonra start veriləcəkdir.