Infiniti şirkəti, 12,3-düymlük sensorlu ekran olan məlumat-əyləncə sistemi, yeni mərkəzi konsol və smartfonların simsiz doldurulması meydançası ilə təchiz olunmuş yenilənmiş QX80 ofrouderini təqdim edib. Multimedia sistemini iki fərqli üsulla idarə etmək olar - “şayba” və sensorlu ekran vasitəsi ilə.

“Multimedia” Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir, naviqasiya sistemi isə artıq standart avadanlıq siyahısına daxil edilib. Zahiri cəhətdən Infiniti QX80 modeli dəyişməyib, ofrouderin kapotunun altında əvvəlki 405 at qüvvəli 5,6-litrlik V8 mühərriki yerləşir.

Restaylinqdən öncəki modeldə diaqonalı yeddi və səkkiz düym olan iki ekranlı konfiqurasiyadan istifadə edilirdi. Yuxarıdakı displey naviqasiya və Android Auto tətbiqini, aşağıdakı isə klimat-kontrol, səs sistemi və digər funksiyaları idarə etmək üçün nəzərdə tutulmuşdu.

Bununla birlikdə, 2022-ci ildən başlayaraq, QX80 modelində bu sxemdən imtina ediləcəkdir - bütün sistemlərin idarə edilməsindən vahid 12,3-düymlük ekran cavabdeh olacaqdır. Üstəlik, sistemləri idarə etmək üçün həm sensorlu ekrandan, həm də mərkəzi tuneldə yerləşən kontrollerdən istifadə etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mərkəzi konsolun dizaynı yenidən nəzərdən keçirilib: havalandırma sisteminin iki düzbucaqlı deflektorları və klimat-kontrolu idarə etmək üçün düymələr peyda olub, transmissiyanın selektorunun sağında isə, smartfonu simsiz doldurmaq üçün meydança yerləşdirilib. Ümumiyyətlə, ön panelin dizaynı əvvəlkindən daha müasir görünür.

ABŞ-da ofrouder yeddi pilləli “avtomatla” tandemdə çalışan 405 at qüvvəli 5,6-litrlik V8 benzin mühərriki ilə təklif edilir. Ötürmə - arxa oxa və ya tam ola bilər. Restaylinqdən öncəki avtomobilinin qiyməti 70.545 dollardan başlayır, yenilənmiş Infiniti QX80 modelinin qiymətləri isə, hələlik açıqlanmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.