Infiniti şirkəti Şanxay avtosalonunda gələcək elektrosedanlarının carçısını nümayiş etdirib. Infiniti Qs Inspiration modelinin dizaynının yaradılmasına birbaşa yapon istehsalçısının şef-stilisti Kərim Həbib rəhbərlik edib. Həbib təkcə konsept yaratmayıb, o həmçinin gələcək seriya elektrokarlarının əsas stilistik prinsiplərini də hazırlayıb.
Avtomobilin əsasını hibrid və elektrik güc qurğularının quraşdırılması üçün uyğunlaşdırılmış arxitektura təşkil edir. Infiniti Qs Inspiration konseptinin dizaynı Yaponiyanın ənənəvi incəsənəti və müasir arxitekturasından ilham alınaraq yaradılmış üslubda hazırlanıbdır. Minimalsitik yanaşma nəinki avtomobilin eksteryerində, həmçinin “təmiz” kokpit və sərnişinləri rahatlıqla təmin edən iki hissəyə bölünmüş interyerində də nəzərə çarpır.