Infiniti şirkəti 1940-cı illərin yarış avtomobillərinin üslubunda inşa edilən elektrik konseptini hazırlayıb. Avtomobilin təqdimatı Kaliforniyada keçirilən Pebble Beach Concours d’Elegance zəriflik müsabiqəsində baş tutacaqdır.
"Hər şey maraqlı bir fikirlə başladı. Əgər biz Yaponiyanın cənub hissəsində 70 il bundan öncə meşədə gizlədilmiş avtomobili tapsaq nə edərdik? - Infiniti şirkətinin dizayn bölümünün rəhbəri Alfonso Albais bildirib. - Bu avtomobildə ilk Yapon Qran Prisinin ruhu və Infiniti avtomobillərindəki müasir texnologiyalarının vəhdətini yaratsaq? Bu avtomobil necə olardı?".
Avtomobil haqqında ətraflı məlumat olmasa da, onun müsair elektrik güc qurğusu ilə təchiz ediləcəyi bildirilib. Tizerə baxsaq avtomobilin bir yerli olduğunu müşahidə edərsiniz.
Infiniti şirkətindən savayı Pebbl-Biçə BMW və Mercedes-Benz şirkətləri də öz yeniliklərini gətirəcəkdirlər. Mercedes-Benz Vision Mercedes-Maybach 6 konseptinin açıq variantını, BMW isə Toyota ilə birlikdə hazırladığı rodsterin carçısını gətirməlidir.