Ford şirkətinin Böyük Britaniya bölməsi, 2030-cu ilin perspektiv avtomobilinin şəkilini dərc edib. Future Generation adlandırılan konseptin yaradılmasında səkkiz və doqquz yaşlı məktəblilər iştirak ediblər. Gənc respondentlərin əksər hissəsi gələcək avtomobildə avtopilot sisteminin olmasını dəstəkləyiblər, habelə avtomobilin uçmasını arzulayıblar.

Ford nümayəndələrinin keçirdiyi sorğuda 8-9 yaş arası ingilis məktəbliləri iştirak ediblər. Şirkət mütəxəssislərinin fikrincə, bu uşaqlar tamamilə elektrik dünyasının ilk sürücüləri olacaqdırlar. Gənc respondentlərin 79 faizi 2030-cu ilin ideal avtomobilinin elektrokar olmasını istəyiblər. Bununla birlikdə, gələcəyin avtomobilinin klassik daxili yanma mühərriki ilə işləməli olduğuna inanan insanlar da var. Respondentlərin 17 faizi benzin, 10 faizi isə dizel mühərrikinə səs veriblər.

Respondentlərin əksəriyyəti gələcəyin elektromobilinin hava ilə səyahət etməli olduğu barədə razılığa gəliblər. Digər variantlara gəldikdə isə, tələbələr avtomobildə avtopilot sisteminin, rahat oturacaqların və güclü akustikanın olmasını istəyiblər.

Ən populyar kuzov rəngi qara və qırmızı çalarlar olub. Gələcəyin avtomobilinin xarici görünüşünü yaradan Ford şirkətinin Avropa bölməsinin eksteryer üzrə şef-dizayneri Nedzad Muychinoviç avtomobili məhz belə rəngə “boyayıb”.

Məktəblilərlə birlikdə şirkətin mütəxəssisləri iki minə yaxın yetkin yaşında olan insandan müsahibə alıblar. Onlardan beşdə biri gələcəyin nəqliyyatında ənənəvi mühərrikləri qorunmasına səs veriblər. Bu qərarın səbəbləri arasında respondentlər mühərrikin səsini eşitmək, ötürmə qutusunun pillələrinin dəyişdirmək və yanacaqdoldurma məntəqələrinə baş çəkmək ehtiyacı ilə əsaslandırıblar. Eyni zamanda sorğuda iştirak edənlərin təxminən 40 faizi, elektromobillərin texniki cəhətdən mürəkkəb olan qurğusunun öhdəsindən gələ bilməməkdən qorxurlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.