Çində keçirilən Auto Guangzhou 2024 sərgisində Infiniti şirkəti QX60 konseptini nümayiş etdirib. Konseptin premyerası yapon brendinin 35 illiyinə təsadüf edir. Bu krossover brendin pərəstişkarları ilə sıx əməkdaşlıq nəticəsində yaradılıb. O, ənənəvi olaraq Çində sərvət və firavanlıq simvolu olan çəhrayı qızılla bəzədilib və işıqlandırmadan asılı olaraq parıldayan gecə səmasını xatırladan heyranedici Shadow Purple rənginə boyanıb.

Dizaynerlərin ilham mənbəyi şimal şəfəqinin rəngləri olub və bu motiv daxili tərtibatda da öz əksini tapıb. Burada hər şey çəhrayı-bənövşəyi rəngli dəri ilə örtülüb. İkinci cərgədə iki fərdi oturacaq quraşdırılıb ki, onların da hər birində açılan ayaq dayaları,qızdırılma, havalandırma və masaj funskiyaları var. Bundan əlavə, sərnişinlər üçün soyudulan qutu və əyləncə sistemi nəzərdə tutulub, irəli çıxa bilən ayaqaltılar onların içəri daxil olmasına kömək edirlər.

Image alt Image alt Image alt Image alt Image alt

Böyük ehtimalla, konseptin texniki hissəsi adi QX60 krossoveri ilə eynidir. Bu, yaydan bəri ABŞ-da satılan  krossoverlərdə quraşdırılan dəyişən sıxılma nisbətinə malik olan 2.0 VC-Turbo mühərrikdir. Bu aqreqat 252 at qüvvəsi və 376 Nm fırlanma anı hasil edir. O, doqquz pilləli ZF avtomatik transmissiyası ilə birlikdə çalışır. QX60 modeli Intelligent AWD tam ötürməsinə malikdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.