Hyundai şirkəti Ioniq 6 elektrik sedanlarının baza versiyalarının bütün xüsusiyyətlərini açıqlayıb.Ən ucuz “altılıq” arxa ötürməyə, 151 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə və 53 kilovat-saatlıq batareyaya malik olacaqdır.

18-düymlük təkər diskləri olan elektrokarın WLTP dövrü üzrə yürüş ehtiyatı 429 kilometrdir. Ioniq 6 modelinin qalan versiyaları 77,4 kilovat-saatlıq dartma batareyası ilə təchiz edilirlər. Arxa ötürməli versiya (228 at qüvvəsi, 350 Nm) enerji doldurmadan 614 kilometrə qədər məsafə qət etmək imkanına malikdir.

Hyundai Ioniq 6 modeli cari ilin iyul ayında debüt edib, lakin təqdimat zamanı top versiyanın xüsusiyyətləri alıqlanıb. İndi isə bütün boşluqlar doldurulub. Ən güclü ikimühərrikli Ioniq 6 modelinin enerji doldurmadan 545 kilometrə qədər məsafə qət etdiyi məlum olub.

Ancaq bu göstərici o qədər də cəlbedici olmayan 18-düymlük təkər diskləri ilə əldə olunur. Nazik profilli şinlər taxılmış 20-düymlük təkər diskləri olan sedanın yürüş ehtiyatı 519 kilometrə qədər azalacaqdır. Arxa ötürməli 228 at qüvvəli versiyanı da dəbli təkər diskləri ilə təchiz etmək mümükündür. Bu halda yürüş məsafəsi 614-dən 545 kilometrə qədər azalacaqdır.

Bütün Ioniq 6 modelləri 800 voltluq elektrik sisteminə malikdirlər, buna görə də, "superçarcerdən" batareyanın 10 faizindən 80 faizinə qədər doldurulmasına 18 dəqiqə gərəkdir.

Ioniq 6 modelinin əsas bazarlardakı satışlarına yaxın iki ay ərzində başlanmalıdır. Elektrokarın Cənubi Koreyadakı satış qiymətləri artıq bu ilin avqust ayında açıqlanıb. Yeri gəlmişkən, daxili bazarda yeniliyə olan tələbat indiyə qədər görünməmiş səviyyədədir: ilk gündə Ioniq 6 modelinə 37,5 min əvvəlcədən sifariş qəbul edilib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.