The Notorious kimi tanınan 28 yaşlı irlandiyalı döyüşçü Konor Əntoni Makqreqor maraqlı bir hədiyyə almışdır. Bu hədiyyə qara tutqun rəngə boyanmış və üzərində iri “Notorius” (“Qəddar”) yazısı və Konorun təsviri olan dəbdəbəli Rolls-Royce Ghost sedanıdır.

Xüsusi avtomobil standart bazalı 250 min dollar dəyəri olan adi modelin əsasında yaradılmışdır. Adətən Rolls-Royce Ghost müştəriləri ortalama olaraq avtomobilin fərdiləşdirilməsinə 50 min dollar xərcləyirlər. Bu dəfə isə, Ghost modelinin dəyəri 350 min dollara bərabər olmuşdur. Şəkillər olmasa da, avtomobilin ağ rəngli dəri salonunun qara parlaq aksentlərlə bəzədildiyi və arxa sərnişinlər üçün nəzərdə tutulmuş, qabaq oturacaqların arxa hissəsində yerləşdiurilmiş, əyləncə-məlumat sisteminin iki displeyin olduğu məlumdur. Avtomobil Makqreqorun talismanına çevrilmişdir.

Keçən həftənin şənbə günü döyüşçü UFC seriyasının iki sinifdə qələbə qazanmış ilk çempionu olmuşdur.

Xatırladaq ki, Rolls-Royce Ghost sedanının qabarit uzunluğu 5399 millimetr, eni - 1948 millimetr, hündürlüyü isə 1550 millimetrdir Sedanın təkər bazası isə 3295 millimter təşkil edir. Dəbdəbəli sedan 6,6-litrlik iki turbokompressorlu V12 mühərriki ilə hərəkətə gəlir. Rolls-Royce Ghost modelinin kapotunun altında yerləşdirilmiş mühərrik 563 at qüvvəsi gücə və 780 Nm fırlanma anına malikdir. Güc aqreqatı səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birlikdə 2360 kiloqramlıq sedanı 100 km/saat həddinə 4,9 saniyəyə sürətləndirir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Image alt Image alt Image alt Image alt