Almaniyanın Essen şəhərində keçirilən tüninq sərgisində Tune it! Safe! layihəsi çərçivəsində yaradılmış maraqlı bir polis avtomobilinin təqdimatı baş tutub. Opel avtomobillərinin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış Irmscher tüninq atelyesi layihənin əsası kimi, özü üçün ənənəvi olmayan Volkswagen modelini – ID.Buzz minivenini seçib. Hüquq-mühafizə orqanlarının tələblərinə uyğunlaşdırılmış miniven Imrscher Volkswagen ID.Buzz Polizei-Edition adlandırılıb.

Irmscher atelyesinin təkmilləşdirmələrinə klirensi 20-25 millimetr azaldan yeni yaylar, splitter, yan ətəklər və arxa pəncərənin üstündə quraşdırılmış spoyler daxil olan karbondan aerodinamik kuzov dəsti daxildir. Bütün bunlar minivenin idarəetmə xüsusiyyətlərini yaxşılaşdırmalıdır. Eksteryerdəki dəyişikliklər Hankook iON evo SUV şinləri taxılmış 20-düymlük Hydra-Star Design diskləri ilə tamamlanır.

Polislərin dincəlməsi üçün, miniveni bir neçə dəqiqə ərzində kemperə çevirməyə imkan verən Irmscher I Box modulunu saymasaq, interyer standart olaraq qalır. Elektromobil texniki cəhətdən dəyişikliyə məruz qalmayıb. Əlbəttə ki, sayrışan işıqların, rabitə sistemlərinin quraşdırılmasını və Securlux firması tərəfindən hazırlanmış mavi-sarı rəngli polis livreyasını hesaba almasaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tune it! Safe! Proqramı Almaniya hökumətinin dəstəyi ilə artıq 20 ilə yaxındır ki, həyata keçirilir. Büdcədənkənar vəsaitlərdən maliyyələşdirilən proqram çərçivəsində inşa edilən şou-karlardan maarifləndirici tədbirlərdə təhlükəsiz tuninqi təşviq etmək üçün istifadə olunur. 2023-cü ildə layihənin tərəfdaşları kimi Federal Rəqəmsal Texnologiya və Nəqliyyat Nazirliyi (BMDV), Avtomobil Tunerləri Assosiasiyası (VDAT), Hankook şinlərinin istehsalçısı və bir sıra digər şirkətlər çıxış ediblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.