Alman Irmscher tüninq atelyesi daha çox Opel avtomobillərinin tüninqi üzrə ixtisaslaşıb və uzun müddət yalnız bu markanın modellərinin təkmilləşdirilməsi ilə məşğul olub. Ancaq indi alman tüner Volkswagen avtomobillərinə diqqət yetirməyə başlayıb. Volkswagen T6.1 miniveninin Multivan sərnişin versiyasını tamamladıqdan sonra, tüner Volkswagen ID.Buzz elektrik miniveninə əl gədirmək qərarına gəlib. Elektromobil, bütün detalları külək tunelində sınaqdan keçirilmiş yeni aerodinamik kuzov dəstini alıb.
Tüninq dəstinə ön və arxa bamper örtükləri, yeni yan ətəklər və damda quraşdırılan ölçüləri böyüdülmüş spoyler daxildir. Bütün detalların yolda dayanıqlığı artırdığı bildirilir.
Eksteryeri müxtəlif rəng variantlarında mövcud olan 20 düymlük New Star təkər diskləri ilə tamamlamaq olar. Bundan başqa, həm görünüşü, həm də idarəetmə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün, asqıda hündürlüyü 30 millimetr azaldılmış yeni yaylar quraşdırılıb.
Volkswagen ID.Buzz elektrik miniveninin interyerini Irmscher Manufaktur firmasının bahalı dərisi ilə üzlənməsi, həmçinin firma məxmər xalçaları və paslanmayan poladdan Hazırlanmış kandar löhvələri ilə tamamlamaq da təklif edilir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.