RM Sotheby’s hərrac evi Ferrari LaFerrari Aperta hiperkarının satışlarını təşkil edəcəkdir. Bu avtomobil 210 nüsxədə biuraxılmış hiperkarlardan biridir. Hiperkarı n odometrindəki rəqəm 2400 kilometrdir. Hiperkarın satışından 6,5 – 8,5 milyon dollar arasında vəsait əldə etmək planlaşdırılır. Bununla belə, LaFerrari Aperta modelinin ilkin satış qiyməti 2,2 milyon dollar olub.
Avtomobil 2016-cı ildə amerikalı kolleksioner tərəfindən öncədən sifarişlə əldə edilib və Beverli Hillzə gətirilib. Hiperkar bütün mümkün olan opsiyalara malikdir ki, bunların arasında eksteryerin karbondan hazırlanmış tərtibat elementləri və rənglənməmiş karbonplastikdən hazlırlanmış çıxarılan dam vardır.
Ferrari LaFerrari Aperta 963 at qüvvəsi hasil edən hibrid güc qurğusuna malikdir. Qurğunun tərkibinə 6,3-litrlik nV12 mühərriki, elektromotor, iki muftalı “robot” və batareyalar dəsti daxildir. LaFerrari Aperta 100 km/saat həddini üç saniyəyə toplayır və 350 km/saatlıq maksimal sürət həddinə malikdir.
Ferrari şirkəti 500 ədəd LaFerrari kupesi və 210 ədəd onun açıq variantını istehsal edib. Ferrari LaFerrari Apetra modelinin sonuncu nüsxəsi hərracda 8,3 milyon avroya satılıb.