Bu gün Katalunyadakı (İspaniya) avtodromda keçirilən həyəcanla dolu yarışın qalibi dünənki poulun sahibi Lyuis Həmilton olmuşdur. Bu qələbə sayəsində britaniyalı pilot alman rəqibi ilə olan xal fərqini 13-dən 6-ya qədər azaltmışdır.

Əslində yarışın başlanğıcı Həmilton üçün o qədər uğurlu olmamışdı - startda ilk cərgədən yarışı başlayan Sebastyan Fettel (Scuderia Ferrari) poulun sahibini geridə qoymağı bacarmışdır. Scuderia komandasının digər pilotu Kimi Rəykkonen də yaxşı start götürsə də, ilk döngədə həmyerlisi Valtteri Bottasın «köməkliyi» ilə Maks Ferstappenlə (Red Bull Racing) toqquşaraq yarışdan kənarda qalmışdır. Maks Ferstappen də bolidinin zədələnməsi səbəbindən yarışı tərk etməli olmuşdu. Bottas isə, heç nə baş verməmiş kimi üçüncü olaraq yarışa davam etmişdir.

Qeyd etmək lazımdır ki, bu qəza ilk döngədə qeydiyyata alınan ilk qəza deyildi. Yeddinci yerdən start almış McLaren-Honda komandasının ispan pilotu Fernando Alonsnun avtomobili də Williams Felipe Massanın bolidi ilə təmas yaşayaraq çınqıllı zonaya çıxmışdı. Bu təmas ispan pilot tərəfindən bir neçə mövqenin itirilməsi ilə nəticələnmişdi. İlk dövrədən sonra birinci olnuq belə sıralanırdı: Fettel, Həmilton, Bottas, Rikkardo, Peres, Okon, Hülkenberq, Maqnussen, Sayns, Qrojan. 

Artıq beşinci dövrədə Fettel Həmilton ilə arasındakı məsafəni 2,5 saniyəyə çatdırmağa müvəffəq olmuşdu. Lyuis isə, öz növbəsində, komanda yoldaşı Bottasdan beş saniyə uzaqlaşa bilmişdir.

Bottasın yavaş getməsinin səbəblərindən biri də onun bolidinin mühərriki idi ki, sonrakı hadisələr də fin pilotun əbəs yerə ehtiyatlı davranmadığını bir daha sübut etdi.

Yarışda liderlərdən ilk pit-stopa yollanan Sebastyan Fettel oldu - alman pilot trekə Soft təkərləri ilə döndü. Pitdən qayıdan Fettel trafiklə problem yaşamadı və tam gücü ilə hücum etməyə atıldı. Həmilton 21-ci dövrədə pit-stopa yollansa da, alman pilotu keçməyə müvəffəq olmadı. Əksinə iki pilot arasında zaman fərqi daha da artdı. Lyuisin Fettelə çatmaq şansı artıq onun komanda yoldaşından asılı idi - pit-stopa getməyən Bottas Fetteli mümkün qədər yavaşıtmaq tapşırığını almışdı. Lakin, Fetteli uzun müddət arxasında saxlamağa müvəffəq olmasa da, Bottas onun beş saniyə itirməsinə səbəb oldu və Həmitonun Fettelə yaxınlaşmasını təmin etdi. Qeyd etmək lazımdır ki, Fettel fin pilotu çox gözəl manevrlə ötməyi bacardı. 

Daha sərt tərkibi seçən Həmilton ilk zamanlar geridə qalsa da, ikinci pit-stopdan sonra Soft təkərinə keçən Lyuis rəqibini yaxalamaq şasını əldə etdi. Hətta Mercedes komandası virtual təhlükəsizlik avtomobili rejimindən istifadə edərək Lyuisi pitə vaxtından əvvəl çağırdı. VTA rejiminin elan edilməsinin səbəbi isə McLaren pilotu Stoffel Vandornun avtomobilini vuraraq yarışdan kənarlaşdıran Felipe Massa idi. 

VTA rejiminin qaldırılmasından dərhal sonra Ferrari Sebastyan Fetteli ikinci pit-stopa çağırdı və Medium təkərinə keçən Ferrari pilotu pitdən düz Həmiltonun qarşısında çıxdı. Lakin, daha sərt tərkibi seçmiş alman pilotun Həmiltona müqavimət göstərmək şansı çox az idi. 

44-cü dövrədə britaniyalı pilot yumaq tərkibli təkərlərin verdiyi üstünlükdən istifadə edərək start-finiş düzlüyünün sonunda rəqibini arxada qoydu. Yarışın sonlarına yaxın daha yaxşı təkərlərə malik olan Fettelin Həmiltona yaxınlaşaraq hücum etməsi ehtimal olunsa da, alman pilot bu şansa sahib olmadı və Həmiltonun ardınca ikinci yerdə finiş gördü. Podiumun son pilləsinə qalxan pilot isə Red Bull Racing komandasının pilotu Daniel Rikkardo oldu. Qeyd etmək lazımdır ki, RBR pilotunun ardınca Force İndia komandasının pilotları Serxio Peres və Esteban Okon  yarışı dördüncü və beşinci olaraq bitirdilər. Altıncı Niko Hülkenberq, yeddinci isə möhtəşəm yarışa imza atan Paskal Verlyayn finiş xəttini keçdilər.

Lakin, yarış zamanı beş saniyəlik cəza almış Velyayn yerini Scuderia Torro Rosso pilotu Karlos Saynsa vermək məcburiyyətində idi. İlk onluğu tamamlayan pilotlar Dəniil Kvyat (STR) və Romen Qrojan (Haas) oldu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt