Bu gün Katalunyada (İspaniya) keçirilən sıralama turlarının qalibi Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton olmuşdur. Fettel ilə gərgin mübarizə aparan britaniyalı alman pilotu 0,051 saniyə üstəyələrək sabahkı yarışı birinci yerdən başlamaq hüququnu əldə etmişdir.

İlk seqmentdə, Rusiyanın əksinə olaraq, bütün pilotlar Soft təkərləri ilə çıxmışdırlar.  Fettel sıralamaların başlanmasından öncə mühərriki dəyişdirdiyi səbəbindən, sistemləri  yoxlanılmaq məqsədi ilə ikinci cəhdə də əl atdı. İkinci nəticə göstərdiyinə baxmayaraq, Fettel yeni mühərrikin işləməsini və texniki çatışmamazlıqların olub-olmadığını yoxlamaq istəyirdi. Bundan öncə, hətta komanda ona boksa geri qayıtmağı da söyləmişdi. Birinci seqmentdə Markus Eriksson, Colion Palmer, Lens Stroll, Stoffel Vandorn və Daniil Kvyat sıralamanı tərk etdi.

Romen Qrojan da sonuncu sektorda səhv buraxaraq idarəetməni itirdi, lakin problemsiz trekə qayıtdı. Yerli azarkeşlərin sevimlisi Alonso ilk seqmentdə 12-ci nəticəni göstərərək ikinci seqmentə keçmiş oldu. 

İkinci seqmentdə liderlik edən qrupda elə bir dəyişiklik olmadı. Mercedes və Ferrari pilotları demək olar ki, bərabər səviyyədə çıxış etsələr də, yalnız Rəykkonen Həmiltondan 0,411 saniyə geridə qaldı. Lakin, ikinci seqmentin başlıca sürprizi Fernando Alonsonun üçüncü seqmentə adlaması oldu.

İkinci seqmentdə sıralama xaricində qalan Kevin Maqnussen, Karlos Sayns, Niko Hülkenberq, Romen Qrojan və Paskal Verlyayn oldu.

Üç güclü komandanın pilotlarından başqa üçüncü seqmentə keçən pilotlar Force İndia komandasının üzvləri Esteban Okon və Serxio Peres, həmçinin Williams komandasından Felipe Massa oldu. Final seqmentdə ilk sürətli dövrələrdə Həmilton və Bottas Rəykkonen və Fetteli qabaqladılar. Ferstappen isə Rikkardodan yarım saniyə yeyin oldu. Qalan pilotlar isə trekə çıxmayaraq son cəhdlərini axıra saxladılar. İlk olaraq nəticə göstərməyə yollanan pilot Fernando Alonso oldu.

Liderlər də boksda çox gözləmədilər və ilk olaraq Valtteri Bottas 1.19,373 zamanla 1.20 altına düşən pilot oldu. Lakin, o birinci yerdə çox qala bilmədi, əvvəlcə onu Lyuis Həmilton, sonra isə Fettel keçdi. Kimi Rəykkonen son cəhdində Həmiltondan 0,290 saniyə geridə qaldı. Rikkardo bu dəfə də Ferstappeni qabaqlaya bilmədi və komanda yoldaşının ardınca altıncı oldu. Alonso isə, daha bir sürprizə imza atdı - o, Peres, Massa və Okonu üstəyələrək yeddinci nəticəni göstərdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt