Citroen komandasının britaliyalı pilotu Kris Mik doqquz xüsusi sahənin nəticələrinə görə İspaniya Rallisinin liderliyinə yüksəlib. Kataloniyadakı çınqıllı yollarda britaniyalı ilk günü üçüncü olaraq bitirmişdi.

Bu gün səhər marşrutunda uğurlu çıxış edən Kris Mik liderliyə yüksəlməyə müvəffəq olub. O, ən yaxın təqibçiləri olan M-Sport pilotları Ott Tyanak və Sebastyen Ojyendən 13 saniyə irəlidədir. Yarışı dördüncü olaraq Dani Sordo davam etdirir. Onu İspaniya Rallisinin keçmiş lideri Andreas Mikkelsen təqib edir. Norveçli bütün Hyundai pilotları kimi, asfalt hissələrdə i20 avtomobilinin dönmə çatışmamazlığı ilə üzləşib. Lakin, Hyundai üçlüyündə ən bəxti gətirməyən pilot Tyerri Nevil olub. XH8-dən öncə belçikalı pilotun avtomobilində hidravlika ilə promlem yaşanıb.

Tyerrinin sonrakı çıxışı təhlükə altında olsa da, problemi aradan qaldırmaq mümkün olub. Laikn, startdakı üç dəqiqəlik gecikmə ucbatından belçikalı XH keçmək üçün verilən zaman limitini aşıb və bu səbəbdən də 30 saniyəlik cəza alıb. Hazırda Nevil səkkizinci yerdədir.

Onun önündə altıncı və yeddinci yerləri, müvafiq olaraq, Yuho Hanninen və Mads Ostberq tutur. İlk onluğu Esapekka Lappi və Stefan Lefevr tamamlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt