Citroen komandasının iralndiyalı pilotu Kris Mik İspaniya Rallisinin son gününün səhər bölümündə liderliyini davam etdirib.
Mik səhər keçirilən hər üç xüsusi hissədə ən sürətli pilot olub və bunun nəticəsində də ən yaxın təqibçisi ilə arasını 23,9 saniyəyə qədər açıb. İkinci yerdə əvvəlki kimi Sebastyen Ojyedir. O, öz komanda yoldaşı Ott Tyanakı artıq 1,8 saniyə üstələyir.
16-cı xüsusi hissədə Hyundai pilotu Tyerri Nevil uğursuzluqla üzləşib - belçikalı avtomobili ilə iri daşın üzərindən keçərək sükan sisteminə ciddi xəsarət yetirib.
Xatırladaq ki, bir gün əvvəl analoji problemlər üzündə onun komanda yoldaşları Dani Sordo və Andreas Mikkelsen mübarizəni dayandırmışdılar.
Nevil mübarizəni dayandırsa da, aralıq protokolda beşinci qalmağa davam edir. Dördüncü yerdə Toyota pilotu Yuho Hanninen qərarlaşıb. İkinci beşlik Mads Ostberq, Stefan Lefevr, Elvin Evans, Teemu Suninen və Ole-Krisian Veybidən ibarətdir.