Kris Mik İspaniya Rallisininin son iki günündə sonra liderliyini davam etdirir. İrlandiyalı ən yaxın rəqibi Sebastyen Ojyeni 13 saniyə üstələyir.
İrlandiyalı pilot şənbə günü keçirilmiş səhər bölümündən sonra liderliyi ələ keçirmişdi. Nahardan sonra bir dopda belə qələbə çalmadığı halda liderlikdə qalmağı bacarmışdır. Ojye isə, bunun əksinə olaraq gündüz bölməsi ərzində üç dəfə yeyin zamanlara imza atıb. Buna baxmayaraq o Kris Mikə yaxınlaşa bilməyib, lakin, komanda yoldaşı Ott Tyanakı 1,5 saniyə üstələməyə müvəffəq olub. Toyota pilotu Yuho Hanninen gün ərzində səkkizincilikdən dördüncülüyə yüksələrək təsiredici inkişaf göstərib.
Ojyenin əsas rəqibi olan Tyerri Nevil də bir neçə mövqe qazanaraq beşinciliyə qədər yüksəlib. Bu yüksəlişin bir səbəbi də onun komanda yoldaşları Dani Sordo və Andreas Mikkelsenin yarışdan kənar qalmaları olub. Mikkelsen XH12-də sükan mexanizmini zədələyərək yarışı tərk etməli olub.
Yarışı alrıncı Esappeka Lappi davam etdirir. Onu Mads Ostberq, Stefan Lefevr, Elfin Evans və Erik Kamilli təqib edir.