İspaniyanın km77 portalı Dacia Jogger mikrovenini sınaqdan keçirib. Məlum məsələdir ki, sınaqlar arasında məşhur “sığır testi” də var. Oxucularımızın bu test barədə kifayət qədər məlumatı var, lakin yenə də xatırlatmaqda fayda var. Beləliklə, “sığır testi” zamanı “qəfil olaraq yola çıxan sığırı” ötüb keçmək gərəkdir. Bunun üçün əvvəlcə kəskin hərəkətlə əks hərəkət zolağına çıxmalı, sonra isə öz zolağınıza qayırmalısınız, özü də, bu manevri yola düzülmüş konuslara toxunmadan həyata keçirmək gərəkdir.

İspan jurnalistlərin büdcə mikroveninə qarşı ciddi iradları var və onlar avtomobilin təcrübəsiz sürücülər üçün təhlükə mənbəyi olduğunu hesab edirlər. Bildiyimiz kimi, sınaqdan keçid göstəricəsi 77 km/saat sürəti hesab olunur, lakin rumın avtomobili bu tapşırığın öhdəsindən konuslara toxunmadan gələ bilməyib. 70 km/saat həddində belə, peşəkar test-pilot avtomobili konusların arasında saxlamaqda çətinlik çəkib.

Avropa bazarında ən ucuz qiymətə satılan avtomobil ciddi dönmə çatışmazlığına malikdir. Dacia Jogger ön təkərlərin ardınca getmək istəmir və hərəkəti düz istiqamətdə davam etdirir. Ekspertlər ESP sisteminin məntiqsiz işlədiyini və ön təkərlərin yerində fırlanmasının qarşısını ala bilmədiyini qeyd ediblər. İspanlar Dacia mikroveninin gələcək alıcılarına bu xüsusiyyətləri nəzərə almağa və manevrlər zamanı səliqəli olmağa çağılrırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.