Krəş-testlərin aparılması ilə məşğul olan EuroNCAP təşkilatı və Britaniyanın Thatcham Research tədqiqat mərkəzi test avtomobillərində şübhəli detalları aşkar etdiklərini bildiriblər. Bir sıra istehsalçıların avtomobillərdə üzərində For crash test only («Yalnız krəş-testlər üçün») və Only EuroNCAP («Yalnız Euro NCAP üçün») təhlükəsizlik yastıqları və ISOFIX bərkitmələri tapılıbdır.
«Hərdən testlər zamanı biz Euro NCAP test qeydləri olan detalları aşkar edirik, - Thatcham Research təşkilatının tədqiqatlar şöbəsinin rəhbəri Metyu Eyveri bildirib. - Əksər hallarda bunlar təhlükəsizlik yastıqlarıdır. Doğrusunu söyləsk bu nişanlamalar şübhəli görünür». Belə detalların aşkarlanması halları ciddi şəkildə tədqiq edilir. Euro NCAP və Thatcham nümayəndələri istehsalçının və yaxud detalları hazırlayanların zavodlarınabaş çəkə bilərlər.
Rəyi öyrənilən şirkətlərdən biri krəsh-testdə iştirak edən avtomobillərin ayrıca yığıldığını, nişanlanmanın isə təhlükəsizlik şöbələri tərəfindən konkret avtomobillərə quraşdırılmasını təmin etmək üçün vurulduğunu bildirib. Bunun qarışıqlığın qarşısının alınması və istehsal prosesini saxlamamaq üçün edildiyi bildirilir.
Eyverinin sözlərinə görə, belə halların 99 faizində nişamnamaların məntiqli açıqlaması vardır. Lakin, nə Thatcham, nə də ki Euro NCAP bütün detallara nəzarət etmək imkanına malik deyil və məntiqi nəticə olaraq bir sıra şeylər diqqətdən yayına bilər. Son illər ərzində niçanlanmış komponentlərin sayı kəskin şəkildə azalıbdır: şirkət ildə bir-iki belə hal ilə qarşılaşır. Əvvəl bu hallar daha çox idi.
Mənbə: AutoExpress