Isuzu əvvəlki nəsil D-Max modelini də AT35 versiyasında təklif edirdi. İndi isə, belə versiya iki il əvvəl debüt etmiş yeni nəslin əsasında yaradılıb. Isuzu D-Max AT35 versiyasının hazırlanması əvvəlki kimi, İslandiyanın Artic Trucks şirkətinə həvalə edilib. Orijinal avtomobillərin transformasiyası ilə şirkətin müxtəlif şöbələri məşğul olsalar da, hazır pikaplar Isuzu rəsmi dilerləri tərəfindən satılacaqdır.
Aparılan təkmilləşdirmələrin həcmi prinsinpcə dəyişməyib. Yeni Isuzu D-Max AT35 modeli xarici diametri 35 düym olan BFGoodrich şinləri taxılmış orijinal təkər disklərinə, Bilstein amortizatorları ilə gücləndirilmiş ön asqıya, artırılmış klirensə və təkər tağlarının genişləndiricilərinə sahib olub. Eyni zamanda, pikap əlavə ayaq dayaqlarını və salondakı orijinal xalçaları əldə edib.
Pikapın mühərriki və transmissiyası standartdır. Isuzu D-Max modeli satış bazarından asılı olaraq, 150 (350 Nm) və ya 163 (360 Nm) at qüvvəli 1,9-litrlik, yaxud 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3.0-litrlik turbodizellər ilə təklif edilir. Transmissiyalar - altı pilləli mexaniki ötürmələr qutusu və ya Aisin “avtomatıdır”. Sərt şəkildə qoşulan tam ötürmə sistemi arxa differensial kilidinə malikdir.
Isuzu D-Max AT35 pikapının təqdimatı keçən ayın sonunda İngiltərənin Birmingem şəhərində keçirilmiş kommersiya nəqliyyatı sərgisində baş tutub. Pikapın satışlarına 2022-ci ilin yazında başlanılmalıdır.
Eyni zamanda, Birmingemdə, Isuzu D-Max pikapına əsaslanan yük avtomobili debüt edib. Bristolda fəaliyyət göstərən TGS firması tərəfindən hazırlanmış pikap, elektro-hidravlik qaldırma mexanizmi olan alüminium kuzova malikdir.
Arxa yaylı asqı VB Tech pnevmoasqısı ilə əvəzlənmişdir ki, bu da yük avtomobilini bir tondan çox yük götürmək imkanı ilə təmin edir. Avtomoblin sertifikatlaşdırılması hələlik tamamlanmayıb, buna görə də dəqiq məlumatlar sonradan açıqlanacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.