Yeni nəsil Toyota RAV4 krossoveri İsveçin Teknikens Värld nəşrinin əməkdaşları tərəfindən keçirilmiş “sığır testindən” uğursuzluqla çıxıb. Redaksiya stabilizasiya sisteminin gec işə düşdüyünü qeyd edərək, avtomobili almaqdan çəkinməyi məsləhət görüb.
“Sığır testi” avtomobilin qəflətən qarşıya maneədən qaçmaq üçün edilən qəfil yerdəyişmə zamanı dayanıqlılığın sınaqdan keçirilməsidir. Jurnalistlər sınaqlar zamanı Toyota RAV4 modelinin müxtəlif nəticələr göstərdiyini qeyd ediblər. Krossover ya yana sürüşür, ya da ki, onun xarici təkərləri yerdən üzlür. Bir sözlə, avtomobili nəzarətdə saxlamaq çətinləşir. Jurnalistlər 68 km/saat sürətinə çatmağa müvəffəq olublar – sürətin artması ilə avtomobili nəzarətdə saxlamaq çətinləşib.
Müqayisə üçün, Nissan Qashqai “sığır testini” 84 km/saatda keçir və heç bir konusu vurub-çıxarmır. Daha ağır Kia Sorento isə, 78 km/saatlıq nəticəni göstərib. Teknikens Värld Toyota ilə belə halların əvvəl də baş verdiyini bildirib. 2007 və 2016-cı illərdə jurnalistlər praktiki olaraq HiLux modelini aşırmağa müvəffəq olublar.
Sınaqların nəticələrinin dərc edilməsindən sonra Toyota rəsmi açıqlama verib. Yapon markası müştərilərin təhlükəsizliyinin əvvəlki kimi şirkət üçün vacib olduğunu və hər bir avtomobilin təhlükəsizliyin qiymətləndirilməsi üzrə ciddi prosedurlardan keçdiyini bildirib. Toyota RAV4 modelinə gəldikdə isə, onun bütün daxili tələblərə cavab verdiyini, o cümlədən də “sığır testindən” uğurla keçdiyi bildirilib.