İsveçrədən olan Dahler Design & Technik atelyesi «qaynar» BMW M2 kupesi üçün nəzərdə tutduğu tüninq proqramını təqdim etmişdir. Təkmilləşdirmə işlərinin siyahısına M2 modelinin standart mühərrikinin daha iri BMW M4 modelinin mühərriki ilə əvəz edilməsi də daxildir. BMW M2 modeli standart olaraq 370 at qüvvəsi və 465 Nm fırlanma anı olan 3,0-litrlik altısilindirli turbomühərriklə təchiz edilir. BMW M4 modelinin eyni həcmli mühərriki isə 431 at qüvvəsi və 550 Nm fırlanma anı təklif edir.

Təkmilləşdirmədən sonra bu mühərrikin göstəriciləri 540 at qüvvəsi və 729 Nm təşkil edir. Yerindən 100 kilometr-saat həddinə tüninq keçmiş M2 kupesi dörd saniyədən az bir vaxta sürətlənir. Müqayisə üçün, standart BMW M2 modeli bu işə 4,3 saniyə sərf edir. Elektron «xaltanın» çıxarılması sayəsində Dahler Design & Technik tərəfindən təkmilləşdirilmiş M2 kupesinin maksimal sürəti 320 kilometr saata bərabərdir. Bundan əlavə, kupe tənzimlənən vintli asqı, «idman» buraxılış sistemini, səkkizporşenli supportları və 15,7-düymlük əyləc diskləri ilə təchiz edilir. Müştərilər isə, 20 və 21 düymlük təkər disklərinin arasında seçim edə bilərlər. Avtomobil üçün daha aqressiv görkəm yaradan aerodinamik kuzov dəsti də təklif edilir.

İsveçrə atelyesi tüninq proqramı üzrə xidmətlərinin dəyərini açıqlamamışdır. İsveçrədə BMW M2 kupesini əldə etmək(108600 manat) üçün 69900 isveçrə frankı tələb olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt