Gələcəyin avtomobillərinin yaradılması ilə məşğul olan Rinspeed şirkəti, Snap adını almış konsept avtomobilini təqdim edib. Yeni konseptin ən maraqlı xüsusiyyəti şassidən ayrılan kuzovunun olmasıdır.
Səyyar Snap platformasını Rinspeed nümayəndələri “skeytbord” adlandırıblar. Gərək olduğunda, bu şassiyə müxtəlif kuzovları quraşdırmaq mümkündür: bunlar yaşayış modulu, mobil ofis və ya yüklərin daşınması üçün konteyner də ola bilər. İsveçrəlilər bu layihənin şassiyə quraşdırılan kuzovlardan ayrıca istifadə edilməsini də nəzərdə tutduğunu bildiriblər. Eyni zamanda, şirkətdən, Snap “skeytbordlarının” bir neçə il intensiv istismarından sonra, bahalı yenilənmə və komponentlərin dəyişdirilməsi prosesindən yaxa qurtarmaq üçün tamamilə utilizasiyaya yönəldiləcəklərini söyləyiblər.
Rinspeed Snap konseptinin ilk kütləvi nümayişi, gələn ilin yanvarında Las-Veqasda keçiriləcək, istehlak elektronikası sərgisində (CES) baş tutacaqdır.