Son zamanlar xüsusi sifarişlə buraxılan avtomobillərə maraq artmışdır. Artıq Ferrari, Lamborghini kimi məşhur sportkar istehsalçıları xüsusi bölümlər yaradaraq fərdi sifarışlə tək sayda superkarların hazırlanmasına başlamışdirlar. Bu sahədə xüsusi ilə Ferrari şirkəti daha çox aktivdir. Hətta, deyilənə görə, sifarişlərin sayı o qədər çoxdur ki, yeni sifarişin qəbul edilməsi üçün beş il gözləmək gərəkdir.

Çox güman ki, bu tendensiya Volkswagen Group rəhbərliyinin nəzərindən qaçmamışdır. Bunun nəticəsi olaraq, alman konserninin tərkibinə daxil olan Italdesign atelyesini bu işə cəlb etmək qərarı qəbul edilmişdir. Italdesign Automobili Speciali brendinin yaradılması böyük ehtimalla bu məqsədə qulluq edir. İtaıyan atelyesindən bildirilənlərə görə, yeni brend «seçilmiş kolleksiyaçılara» ünvanlanmış və cüzi tirajla istehsal ediləcək eksklyuziv avtomobillərin buraxılışı ilə məşğul olacaqdır. Yeni brendin rəsmi təqdimat mərasimi gələn ay işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. 

Italdesign atelyesinin mətbuat xidməti yeni brendin unikallığa üstünlük verən şəxslərə ünvanlandığını, brendin loqotipinin isə atelyenin doğma şəhəri olan Turinə həsr edildiyi bildirilmişdir. Bundan əlavə, atelyenin keçən əsrin 70-80-90-cı illərinin müəyyən modellərinin üslubunda hazırlanmış layihələrə geri döndüyünü qeyd etmişdirlər. Bunlara misal olaraq Aztek prototipini, BMW Nazca və Volkswagen W12 layihələrini nümunə gətirmək olar. Mətbuat açıqlamasında şirkətin öz qüvvəsi ilə avtomobillərin dizaynının işlənib-hazırlanmasına, həmçinin çox kiçik seriyalarla buraxmağa hazır olduğu bildirilmişdir.