Italdesign Giugiaro studiyasının mart ayında keçiriləcək Cenevrə avtosalonunda yeni konsepti göstərmək planlarının olduğu barədə xəbər vermişdik. İtalyanlar artıq bu avtomobilinin bir neçə tizerini də dərc etmişdilər. Bu italyanlar növbəti dördüncü tizeri yaymışdırlar. Bu dəfə dizayner atelyesi «İtaldesign» sözləri həkk edilmiş və LED işıqları olan elementin şəkilini nümayiş etdirmişdirlər.

Bir müddət bundan əvvəl dərc edilmiş tizerlərdə avtomobilin müxtəlif hissələri əks etdirilmişdi. Təsvirlərdən belə qənaətə gəlmək olar ki, İtaldesign Giugiaro Audi A8 və ya Lamborghini Huracan modelinin bazasında hazırladığı konseptual sportkarı nümayiş etdirəcəkdir. Əgər ehtimallarımız doğrudursa, mart ayının yeddisində nümayiş etdiriləcək konsept hibrid güc aqreqatı ilə təchiz edilməlidir.

Qeyd etmək lazımdır ki, əvvəl dərc edilmiş tizerlərdə tizerdə maraqlı ismarıc da vardır: «Bu il biz 5 xüsusi hadisəni işıqlandıracağıq. Beş uzaqgörən kolleksiyaçı üçün». Bu sözlərdən iki nəticə çıxarmaq olar. Ola bilər ki, biz Cenevrədə beş ədədlik məhdud tirajla buraxılacaq və xüsusi kolleksiyaçılara qismət olacaq  avtomobili görəcəyik, yaxud il ərzində xüsusi seçilmiş kolleksiyaçılar üçün beş müxtəlif avtomobil hazırlanacaqdır.

Hər halda, biz ikinci varianta daha çox üstünlük veririk. Səbəbi isə, bir müddət bundan əvvəl italyan atelyesinin başçısı Yorq Astaloşun Automotive News Europe nəşrinə verdiyi müsahibəsində Italdesign Giugiaro studiyasının «birdən yüzə qədər sayı olan və xüsusi sifarişlə bir nüsxədə hazırlanacaq» avtomobilləri buraxılması planını səsləndirməsidir.