Bir müddət bundan öncə, məşhur İtaldesign Giugiaro dizayn atelyesinin Cenevrə avtomobil sərgisinə yeni konseptlə qatılacağı barədə məlumat yaymışdıq. İtalyan dizayn ateıyesi ənənvi olaraq hər il Cenevrə avtosalonu üçün yeni bir konsept hazırlayır. Bu dəfə də italyanlar ənənəya sadiq qaldıqlarını bir daha təsdiqləmək üçün göstəriləcək konseptin tiizerini dərc etmişlər. Təəssüf ki, İtaldesign Giugiaro avtomobil haqqında ətraflı məlumat verməkdən, hətta konseptin adını belə söyləməkdən imtina etmişdil. Bu günlərdə şirkət konseptin ikinci tizerini dərc edərək onun adını açıqlamışdır.
Artıq yeni konseptin adının GT Zero olduğu məlum olmuşdur. Çox güman ki, İtaldesign Giugiaro sərgidə elektrik mühərriki ilə hərəkətə gələn GT avtomobili təqdim edəcək. Fikrimizcə, konseptin adındakı Zero sözü, məhz avtomobilin sıfıra bərabər tullantısının olmasına işarə edir.
Xatırladaq ki, bu prototip atelyenin yaradıcısı Corcetto Cucaronun atelyeni tərk edişindən sonra hazırlanış ilk avtomobildir. Atelye tərəfindən hazırlanmış son konsept keçən ilin mart ayında Cenevrədə təqdim edilmiş GEA avtomobili olmuşdur. Deyilənlərə görə, bu konsept Audi şirkətinin flaqmanı olan A8 modelinin yeni nəslinin carçısıdır.
Corcetto Cucaro 1968-cı ildə yaratdığı şirkəti keçən ilin yayında tərk etmək məcburiyyətində qalmışdır. 77 yaşlı dizayner, onun və 50 yaşlı oğlu Fabrisionun sahib olduğu 9,9 faizlik səhmlər paketini Audi şirkətinə satmışdı. Yeri gəlmişkən atelyenin səhmlərinin 90,1 faizinin sahibi Volkswagen konsernidir.