Məşhur İtaldesign Giugiaro dizayn atelyesi beynəlxalq Cenevrə avtomobil sərgisinə yeni konseptlə qatılacağı barədə məlumat yaymışdır. İtalyan dizayn ateıyesi ənənvi olaraq hər il Cenevrə avtosalonu üçün yeni bir konsept hazırlaylr. Bu dəfə də italyanlar ənənəya sadiq qaldıqlarını bir daha təsdiqləmək üçün göstəriləcək konseptin tiizerini dərc etmişlər. Təəssüf ki, İnaldesign Giugiaro avtomobil haqqında ətraflı məlumat verməkdən imtina etmişdir.
Xatırladaq ki, bu prototip atelyenin yaradıcısı Corcetto Cucaronun atelyeni tərk edişindən sonra hazırlanış ilk avtomobildir. Atelye tərəfindən hazırlanmış son konsept keçən ilin mart ayında Cenevrədə təqdim edilmiş GEA avtomobili olmuşdur. Deyilənlərə görə, bu konsept Audi şirkətinin flaqman modeli olan yeni nəsli A8 modelinin carçısıdır.
Corcetto Cucaro 1968-cı ildə yaratdığı şirkəti keçən ilin yayında tərk etmək məcburiyyətində qalmışdır.
77 yaşlı dizayner, onun və 50 yaşlı oğlu Fabrisionun sahib olduğu 9,9 faizlik səhmlər paketini Audi şirkətinə satmışdı. Yeri gəlmişkən atelyenin səhmlərinin 90,1 faizinin sahibi Volkswagen konsernidir.