Bu yazda Italdesign studiyası eksklyuziv avtomobillər istehsal edəcək Italdesign Automobili Speciali brendinin ilk modelini nümayiş etdirmişdir. Yeni brendin əsas vəzifəsi xüsusi sifarişlərlə hazırlanmış superkarların buraxılışıdı.
Italdesign Automobili Special markasının ilk avtomobili Zerouno adlandırılan model olmuşdur. Zerouno italyancadan tərcümədə sıfır bir deməkdir və brendin ilk modelinə işarə edir. Bu günlərdə italyan brendi Zerouno Roadster modelinin buraxılması barədə potensial müştərilərlə məsləhətləşmələr aparmağa başlayıblar. Əgər bu məsləhətləşmələr uğurla nəticələnərsə, kupenin rodsterə çevrilməsi o qədər də çətin olmayacaqdır.
Superkar Lamborghini Huracan və Audi R8 plus modellərindən tanış olan 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,2-litrlik on silindirli mühərrik və quattro tam çəkiş sistemi ilə təchiz edilir. Italdesign şirkətinin nümayəndələri avtomobilin “karbon və alüminiumdan olan modul şassisində” yığıldığını bildiriblər. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir və 330 km/saat maksimal sürətə malikdir.
Italdesign Zerouno modelinin kuzov panelləri tamamilə karbondan hazırlanmışdır. Zahiri cəhətdən superkar çoxlu sayda aerodinamik elementlərlə seçilir. Bu elementlər bərkidilmiş arxa antiqanaddan, yan ətəklərdəki “qanadlardan”, qabaq təkərlərin önündəki hava girişlərindən və səsboğucu sistemin quraşdırılmış boruları olan iri diffuzordan ibarətdir. Italdesign Automobili Speciali markası Zerouno superkarından cəmi beş ədəd buraxacağını bildirilib. Italdesign Zerouno modelinin qiyməti 1.5 milyon avro təşkil edir.