21 iyul 2026-cı il tarixində Port Baku Walk-da yerləşən Giardino Restaurant & Bar-da Proqramın rəsmi açılışı baş tutdu. Tədbir klassik mətbuat konfransı formatından fərqli olaraq daha səmimi və interaktiv şəkildə təşkil olunmuşdu. Media nümayəndələri burada italyan mətbəxinin fəlsəfəsi ilə yaxından tanış olmaq imkanı əldə etdilər.

Təşkilatçıı vurğuladığı kimi, İtaliya mətbəxi sadəcə reseptlər toplusu deyil. O, əsrlər boyu formalaşmış tarix, sənətkarlıq, biomüxtəliflik, regional ənənələr və birlikdə süfrə arxasında paylaşma mədəniyyətinin canlı ifadəsidir.

İtaliya qastronomiyasının ən gözəl tərəfi yalnız ləzzətli yeməklər deyil, insanların bir masa arxasında bir araya gəlməsidir. Məhz bu ruhu Bakıya gətirməyi hədəfləyən "Made in Italy" proqramı iyuldan dekabr ayının sonunadək şəhər sakinlərini əsl italyan dadları və mədəniyyəti ilə tanış edir.

İtaliya Ticarət Agentliyinin (ITA/ICE) təşəbbüsü ilə həyata keçirilən altı aylıq proqram təkcə İtaliya məhsullarının tanıdılması məqsədi daşımır. Layihə ölkənin zəngin qastronomiya irsini, ənənəvi istehsal üsullarını və dünya miqyasında sevilən həyat tərzini Azərbaycan auditoriyasına daha yaxından təqdim etməyi qarşısına məqsəd qoyur. Enerji sahəsində uzun illərdir davam edən uğurlu əməkdaşlıq indi qastronomiya vasitəsilə yeni bir istiqamətdə inkişaf edir.

İtaliya mətbəxinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi onun dünya mədəniyyətindəki xüsusi yerini bir daha təsdiqləyir. Bu status yalnız yeməklərin dadını deyil, onların arxasında duran ənənələri, ailə dəyərlərini və həyat tərzini də əhatə edir. Buna görə də orijinal "Made in Italy" məhsulunu seçmək keyfiyyətə, davamlı istehsala və əsrlərlə qorunub saxlanılan dəyərlərə üstünlük vermək deməkdir.

Image alt Image alt Image alt Image alt

Proqram iştirakçılara nə vəd edir?

Altı ay ərzində Bakıda keçiriləcək tədbirlər çərçivəsində qonaqları müxtəlif maraqlı layihələr gözləyir:
Master-klasslar və seminarlar – İtaliyadan gələn mütəxəssislərlə görüşlər, ənənəvi istehsal prosesləri və peşəkar ustad dərsləri.
Orijinal məhsulları tanımaq imkanı – İstehlakçılar əsl "Made in Italy" məhsullarını saxta nümunələrdən necə ayırmağı öyrənəcəklər.
HoReCa və biznes əməkdaşlığı – Restoranlar, distribütorlar və pərakəndə satış şəbəkələri üçün yeni tərəfdaşlıq imkanları yaradılacaq. Premium zeytun yağları, orijinal pendirlər, makaronlar və seçilmiş italyan şərabları da proqramın əsas diqqət mərkəzində olacaq.

Bu gün Bakı sakinləri yalnız yaxşı məhsul deyil, həm də sağlam həyat tərzi və estetik seçimlər axtarır. İtalyan zeytun yağı, keyfiyyətli şərab, ənənəvi balzamik sirkə və digər məşhur məhsullar məhz bu yanaşmanı əks etdirir. Onlar sadəcə qida deyil, zövqlü və balanslı həyat tərzinin bir hissəsidir.

İyuldan dekabr ayınadək davam edəcək "Made in Italy" proqramı Bakıda yaşayan hər kəsi İtaliyanın zəngin qastronomiya dünyasına səyahətə dəvət edir. Bu layihə sayəsində italyan mətbəxinin ənənələri, keyfiyyəti və unikal dadları paytaxtın süfrələrində öz yerini tapacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.