Lyuis Həmilton Italiya Qran Prisinin təsnifat mərhələsində qalib gələrək 69-cu poulunu əldə edib. Bununla britaniyalı pilot çempionatın tarixində poulların sayına görə Mixael Şumaxeri keçərək birinci pilləyə yüksəlib.

Qeyd etmək lazımdır ki, təsnifat mərhələsi şənbə günü yağan güclü yağış nəticəsində üç saat çəkmişdir. Birinci seqment Qrojanın qəzasından sonra qırmızı bayraqlarla dayandırılmışdı. Yalnız, yerli vaxtla 16:40-da sessiyaya yenidən start verilib. Bütün pilotlar trekə yağış şinləri ilə çıxıblar. Ən yaxşı zamanı Həmilton göstərib - 1.36,981.

Tədricən trek qurumağa başlasa da, Həmilton da vaxtı yaxşılaşdırmağa davam edib - 1.30,009. İlk seqmentin sonuna yaxın pilotlar aralıq təkərlərə keçiblər, lakin yol səthi ilə ilişmənin az olması vaxtı yaxşılaşdırmağa imkan verməyib. İlk seqmentdə ələnən pilotlar Maqnussen, Palmer, Eriksson, Verlyayn və Qrojan olublar.

İkinci seqmentdə pilotlar yaşıl haşiyəli aralıq təkərlərini seçiblər, çünki yağış təkərləri lazımi ilişməni təmin edə bilməyiblər. Seqmentin başlanğıcında Fettel sürətli dövrə göstərsə də, sonradan Həmilton, Bottas və Ferstappenə keçilib.

Yağışlı sessiyada Ferrari pilotları lazımi sürət göstərə bilməyiblər. İlk onluğa girməyi bacaran pilotlar arasında Lens Stroll, Stoffel Vandorn və Esteban Okon olublar.  Sessiyanı tərk edənlər Peres, Hülkenberq, Alonso, Kvyat və Sayns olublar. 

Üçüncü seqmentdə yağəş yenidən güclənib. Mercedes pilotları aralıq şinlərlə trekə çıxsalar da, sonradan yağış şinlərinə keçmək məcburiyyətində qalıblar. Həmilton sürətli zaman göstərsə də, Rikkardo onun zamanını üstələyib.

Ferrari pilotları yalnız səkkizinci və doqquzuncu vaxtı göstəriblər. Final seqment sürprissiz də ötüşməyib. Əvvəlcə Stroll, sonra isə Okon Bottası üstələyib. Aralıq poulu Ferstappen göstərsə də Həmilton sonunda öz sözünü deyib. Bununla belə, Rikkardo və Ferstappen bu günki yarışda ikinci sıradan start ala bilməyəcəklər. Onlar mühərrikin elementlərini dəyişdirdiklərinə görə cəza alıblar. Sinoptiklərin təqdim etdiyi hava proqnozuna əsasən bu gün Monzada yağmursuz hava şəraiti olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt