Bu gün keçirilmiş İtaliya Qran Prisində Lyuis Həmilton növbəti qələbəsində imza atıb. Britaniyalı pilot söz verdiyi kimi, Ferrari komandasının 70 illik yubiley şənliklərini korlamağa müvəffəq oldu.

Spada olduğunun əksinə olaraq Ferrari vətənində alman komandasına müqavimət göstərmək imkanına malik deyildi. Mercedes yeni mühərriki sayəsində rəqiblərini darmadağın etməyə müəssər olmuşdu. Buna misal olaraq yarışın başlanğıcında Rəyykonenin gerisinə düşən Valtteri Bottasın yüksəlişini göstərmək olar. Həmyerlisi ilə haqq-hesab çürütdükdən sonra Valtteri əvvəlcə Lens Strolu, onun ardınca isə Esteban Okonu arxada qoyaraq komanda yoldaşı Həmiltonu təqibə başladı.

Qeyd etmək lazımıdır ki, startda təcrübəsiz Strola aman verməyən Lyuis bir-birinin ardınca yeyin dövrələrə imza ataraq Monzada kimin vəziyyətə sahib olduğunu avtodromda yığışan tifozilərə göstərdi. Maks Ferstappen də yarışı yaxşı başlamışdı: gənc hollandiyalı on ikincilikdən səkkizinciliyə yüksələ bilmişdi.

Lakin, Felipe Massa ilə döngəni bölüşdürməyən hollandiyalı partlamış təkəri ucbatından peletonun sonuna düşdü.

Ferrari komandası növbəti dəfə komanda taktikasına əl ataraq Kimi ilə Fettelin yerlərini dəyişdirdi. Bundan sonra Sebastyan Okonu keçərək üçüncülüyə yüksəldi. Yarışın 15-ci dövrəsində Fettel Bottasa 10 saniyə uduzurdu ki, bu da italyan komandasının növbəti Silverstounu yaşadığından xəbər verirdi. 

16-c dövrədə Kimi yeni Soft təkərlərinin ardınca pit-stopa yollandı ki, bu da Ferrari komandasına Fettelin sonrakı strategiyası barədə qərar düzgün qərar qəbul etmək şansı verdi. Bu arada Colion Palmerlə Fernando Alonso arasında baş vermiş insidentə baxan stüardlar britaniyalıya 5 saniyəlik cəza verdilər.

Yarışın ortasında sıralama bir qədər dəyişmiş oldu: Rəykkonen Okonu keçərək altıncılığa yüksəldi, Həmilton, Bottas, Fettel , Rikkardo və Peresdən ibarət ilk beşlik pit-stopsuz yarışı davam etdirirdilər.

31-ci dövrədə Palmer adət-ənənəyə uyğun olaraq, texniki səbəblər ucbatından bolidini qaraja çəkməli oldu. Liderlər arasında pit-stopları açan Fettel idi. Ondan sonra Həmilton, Lyuisin ardınca isə Bottas və Peres pitə yollandılar. Soft təkərlərində də Fettel Mercedes pilotlarına hər dövrədə yarım saniyə uduzmağa davam edirdi. Bundan sonra liderlər arasında vəziyyət dəyişmədi.

38-ci dövrədə Supersoft təkərlərinə keçən Rikkardo pitdən Okonun önündə beşinci yerdə çıxdı. Bu zaman avstraliyalı pilotu Rəykkonendən 1,5 saniyə ayırırdı.  41-ci dövrədə fin pilotu haqlayan Daniel onu keçərək Fetteli təqib etməyə başladı. İki pilotun arasında 10 saniyənin olması avstraliyalı pilota Fettelə çatmaq şansı vermədi.

Damalı bayrağı görən ilk on pilot belə sıralanmışdı: Həmilton, Bottas, Fettel, Rikkardo, Rəykkonen, Okon, Stroll, Massa, Peres və Ferstappen. İtaliya Qran Prisindən sonra Həmilton pilotlar çempionatında Fetteli üç xal üstələyərək lideliyi alman pilotun əlindən alıb.

Lakin, qarşıdakı mərhələlər Ferrari komandasının güclü olacağı treklərdən ibarətdir. Vətənindəki məğlubiyyətdən sonra italyan komandası qalib gəlmək üçün əlindən gələnii etməyə borcludur. Əks halda Ferrari komandasının rəhbərliyi kütləvi şəkildə seppuku etməyə borcludurlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt