Beləliklə, əvvəl də qeyd etdiyimiz kimi Sardiniya rallisinə liderlik edən Ott Tanyak Dünya Ralli Çempionatında ilk qələbəsini əldə etmişdir.

Sardiniya rallisinin taleyini Hyundai komandasının Yeni Zelandiyadan olan Heyden Paddonun 13-cü xüsusi hissədə qəzası müəyyən etmişdir. Bu qəza Tanyaka liderliyə yüksələrək İtaliyada ilk qələbəsini bayram etməyə imkan vermişdir. Doğrudur, Ott bütün gücünü liderliyi qoruyub saxlamağa yönəltmiş və Toyota pilotu Latvalanın 17-ci XH-dəki beş saniyəlik itkisindən sonra mövqeyini möhkəmləndirmişdir.

Latvala super xüsusi hissədə qələbə çalmaq istəsə də geniş çıxışı sayəsində bu şansını əldən vermişdir.

İtaliyada podiumun son pilləsinə qalxan pilot Hyundai komandasının belçikalə pilotu Tyerri Nevil olmuşdur. Əgər şənbə günü əyləclərlə problem yaşamasaydı, Paddon boşaltdığı liderliyə Nevil yüksələ bilərdi. 

Həftəsonunun ulduzu isə, super xüsusi hissədə qələbə çalaraq bir mərhələdə XH-lər üzrə qələbəsini altıya çatdıran Esapekka Lappi olmuşdur.

Qeyd etmək lazımdır ki, bu Lappinin Toyota komandasındakı ikinci çıxışıdır. Beşinci gün ötürmələr qutusu ilə problem yaşamasına baxmayaraq fin pilot SXH-də qalib olmağı bacarmışdır. Çempionatın lideri Sebastyen Ojye yəqin ki Sardiniya rallisini tezliklə unutmağa çalışacaqdır. İlkin olaraq start mövqeyi ucbatından liderdən 41 saniyə geri qalan fransız pilot, sonradan dönmə çatışmamazlığı ilə mübarizə aparmalı olmuşdur. Yuho Hanninen də qarşılaşdığı sükan idarəetməsi problemi ucbatından final dopunda beşinciliyi itirmişdir.

Doqquzuncu XH-dəki qəzasına baxmayaraq o rallini altıncı tamamlamışdır.

Mads Ostberqin avtomobilinin SXH-də təkərinin çevrilməsinə baxmayaraq, yeddinci yerdə finiş görməyi bacarmışdır. Səkkizinci yer  yeni avtomobilinə uyğunlaşmağı bacarmış Andreas Mikkelsonun olmuşdur.  Onun komanda yoldaşı Kris Mik isə cümə günü yarışdan kənar qalmışdı. 

Digər Citron pilotu Kreq Brin səhvə yol verərək rallini WRC2  qaydalarına uyğun olaraq davam etdirmişdir. Ağacla təmas etmiş Elfin Evansa eyni taleyi yaşamağa məcbur olmuşdur.  Dani Sordo da turbokompressorla problüm yaşayaraq rallini 12-ci başa vurmuşdur.

Bununla belə, ispan pilot bir neçə XH-də qələbə çalmağa müvəffəq olmuşdur. WRC2 kateqoriyasında isə, Skoda Fabia RS pilotu Yan Kosetski qələbə çalmışdır. O, pilotlar çempionatında doqquzuncu olmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt