Hyundai pilotu Hayden Paddon doqquzuncu xüsusi hissədən sonra İtaliya rallisinə liderlik etməkdə davam edir. Qeyd etmək lazımdır ki, doqquzuncu xüsusi hissədən sonra ilk beşliyi 14,7 saniyə ayırırdı.

İlkin olaraq liderlik uğrunda altı avtomobil mübarizə aparırdılar.

Lakin, günün son dopunda Yuho Hanninen Tergu-Osilo dopunda yoldan çıxmışdır. Bundan başqa, lider Heydon Paddon ön dempferin sıradan çıxdığını düşünərək, lider qalmaq üçün, tempini yavaşladaraq avtomobillə ehtiyatlı davranmağa üstünlük vermişdir. Paddon komanda yoldaşı Tyerri Nevili üstələyirdi ki, belçikalı ehtiyat təkərinin olmadığı ucbatından deşilmiş təkərlə yeddinci XH-ni başa vurmaq məcburiyyətində qalmışdır. M-Sport pilotu Ott Tanyak üçüncü yerə yüksələrək Toyota pilotu Yari-Mati Latvalanı üstələmişdir.  

Öz növbəsində fin pilot onu təqib edən Mads Ostberqi beş saniyə üstələyir. Sebastyen Ojye isə yeddinci olaraq yarışa davam edirdi.

Keçirilmiş 12 xüsusi hissənin sonunda Heydon Paddon Sardiniya rallisində liderliyini davam etdirmişdir.

Paddon səhər keçirilən üç dopu inamla keçsə də, onun komanda yoldaşı Tyerri Nevil 12-ci XH-nin sonunda əyləc ilə problemlər yaşayaraq dördüncü sıraya geriləmişdi. Artıq belçikalə Paddona bor dəqiqədən çox uduzur. 12-ci dopdan sonra ikinci yerə Ott Tanyak yüksəlmişdir. Bununla belə, eston pilot liderə 9,4 saniyə uduzur. Yarışı üçüncü yerdə, liderdən 23,2 saniyə geri qalan Toyota pilotu Yar-Matti Latvala davam etdirir.  Yuho Hanninen isə beşinci yerdə qərarlaşmışdır.

İlk onluğu tamamlayan pilotlar Esapekka Lappi, Sebastyen Ojye, Mads Ostberq, Andreas Mikkelson və Erik Kamillidir.