Bu həftənin sonunda avtoidmansevərlərin nəzərləri Kanadaya yönəlsə də, Sardiniyada da diqqətə layiq hadisələr cərəyan edir. Cümə axşamı başlamış Sardiniya rallisində Hyundai pilotları güclü başlanğıc etmişdirlər.
Cümə axşamı günü keçirilən şeykdaunda Hyundai komandasının ispan pilotu Dani Sordo ən sürətli pilot olmuşdur.
Dani 4,15 kilometrlik test dopunda 2.08,31 zaman göstərərək komanda yoldaşı Tyerri Nevili 0,2 saniyə üstələmişdir. Üçüncü nəticəni isə, Toyota pilotu Yari-Mati Latvala göstərmişdir. O, Hyundai pilotlarına bir saniyə uduzmuşdur. Digər tərəfdən Citroen komandasına keçən Andreas Mikkelson dördüncü nəticəni göstərməyə müvəffəq olmuşdur.
Xatırladaq ki, Mikkelson WRC2 kateqoriyasında Skoda Motorsport komandasında çıxış edirdi.
Şeykdaunda Sordonun ən sürətli pilot olmasına baxmayaraq ilk xüsusi hissədə (XH1) Tyerri Nevil ən yaxşı zamanı göstərmişdir. Debüt dopunda 2.01,8 saniyə zamana imza atan belçikalı M-Sport komandasının eston pilotu Ott Tanyakı 0,2 saniyə üstələmişdir. Üçüncü nəticəni isə şeykdaunun lider Dani Sordo göstərmişdir.
İspaniyalını M-Sport komandasının iki nümayəndəsi - Elfin Evans və Sebastyen Ojye təqib edirdilər. Ojye ilə ilk dopda eyni zamanı Hayden Paddon (Hyundai) göstərmişdir. Mads Ostberq ilk dopu yeddinci olaraq tamamlamışdır. İlk onluqdakı son üç yeri Citroen pilotları Andreas Mikkelson, Kris Mik və Kreq Brin tutmuşdurlar.
İlk günün birinci yarısından sonra liderlik yenidən əl dəyişdirmişdir. Kris Mikin dördüncü XH-dəki qəzasından sonra Heydon Paddon liderliyi ələ keçirmişdir.
Kris Mik XH2-dən sonra liderliyə yüksəlsə də, növbəti dopda Yuho Hanninenə uduzmuşdur. Bununla belə XH4-ün sonunda liderliyə yüksəlmişdir. Lakin, növbəti beşinci xüsusi hissədə Citroen pilotu avtomobilini zədələyərək ümumiyyətlə yarışı tərk etmişdir. Texniki mühəttişlər avtomobilin karlasının zədələndiyini qeydə almışdırlar. XH5-dən sonra üçüncü yeri Ford Fiesta pilotu Mads Ostberq tutur.
Dördüncü yerdə Ott Tanyak dördüncü, Tyerri Nevil isə beşinci yerdə yarışı davam edir. Sonrakı yerləri latvala, Ojye, Mikkelson, Sordo və Lappi tuturlar.