Əbəs yerə pilotlar 13 rəqəminin uğursuzluq gətirdiyini söyləmirlər Cümə günü Sardiniya rallisinə liderlik edən Heydon Paddon dramatik şəkildə yarışı tərk etmək məcburiyyətində qalmışdır.
Cümə günü inamlı şəkildə liderlik edən Paddon şənbə günü səhər sessiyasında 13-cü xüsusi hissədə qəzaya düşmüşdür. Yeni zalandiyalının avtomobilini finişə çatdırmasına baxmayaraq o yarışı tərk etməli olmuşdur.
Dördüncü yerə geriləyən Paddon növbəti xüsusi hissəyə qatılmayaraq yarışdan çəkildiyini rəsmən elan etmişdir.
Bundan sonra, ralliyə liderlik M-Sport komandasının eston pilotu Ott Tanyaka keçmişdir. Estoniyalının ən yaxın təqibçisi olan Toyota pilotu Yari-Matti Latvala ilə arasında 24,3 saniyə zaman fərqi mövcuddur. «Əla gündür. Ara məsafəsi yaratmaq və mövqeyimin təhlükəsizliyini təmin edə bilmək yaxşı haldır. Latvalanın bazar günü məndən sürətli olmacağına heç bir səbəb görmürəm», - Tanyak bildirmişdir.
Yarışı üçüncü olaraq Tyerri Nevil davam etdirir. O, ikinci yerdə olan Latvalaya 40 saniyə, Tanyaka isə bir dəqiqədən çox uduzur. İlk beşliyi Latvalanın komanda yoldaşları Esappeka Lappi və Yuho Hanninen tamamlayırlar.
Çempionatın lideri Sebastyen Ojye Ford Fiesta avtomobilinin idarəedilməsi ilə ciddi problemlər yaşayır. Səhər seksiyasında fransız dönmə çatışmamazlığından şikayətçi idi. Ojye günü komanda yoldaşından 3,5 dəqiqə geriqalma ilə tamamlamışdır.
Eyni zamanda Mads Ostberq Ojyedən 29 saniyə geri qalır. Buna səbəb, Ostberqin 15-ci xüsusi hissədə yaşadığı əyləc problemi olmuşdur. Citroen komandasının yeni pilotu Andreas Mikkelson günü səkkizinci olaraq tamamlamışdır.