RM Sotheby’s hərrac evinin satışlarına 430 ədəd superkardan ibarət nadir kolleksiya çıxarılacaqdır. Qeyd etmək lazımdır ki, bu kolleksiya bir şəxsə - adı çəkilməyən italyan iş adamına məxsus olmuşdur. Mail Online saytının verdiyi xəbərdə kolleksiyanın yerli hakimiyyət orqanları tərəfindən müsadirə edildiyi bildirilir.

Kolleksiyaya 44 ədəd Ferrari avtomobili, 72 ədəd Porsche (57 ədəd 911 modeli) avtomobili, 62 ədəd Jaguar avtomobili (21 ədəd E-Type), 34 ədəd Alfa Romeo, 29 ədəd Lancia, 23 ədəd Maserati, 18 ədəd Ford, 17 ədəd Mercedes-Benz avtomobili daxil olmuşdur. İşadamının qarajında nadir avtomobillər də mövcuddur. Bunlara misal olaraq Ferrari 275 GTB/6C, Maserati MC12 və Ferrari F40 superkarlıarını göstərmək olar. Müsadirə edilmiş avtomobillərin şəklinin çəkilməsinə və kataloqunun yaradılmasına doqquz nəfər üç həftə vaxt sərf etmişdir.

Avtomobillərin Venesiyadan hərracın keçiriləcəyi Milana nəql edilməsinə 100 avtodaşıyan cəlb edilmişdir. Hərraclar 25 -27 noyabr tarixlərində keçiriləcəkdir.

2012-c ildə Tunisin keçmiş prezidenti Zina əl-Abididn Ben Əlinin müsadirə edilmiş kolleksiyası satışlara çıxarılmışdır. Kolleksiyada 200 yaxın avtomobil olmuşdur ki, onların sırasında Mercedes-Benz SLR McLaren və Rolls-Royce Silver Spirit avtomobilləri də mövcud idi.

Image alt Image alt Image alt Image alt Image alt