İtalyan dizayn ustaları dünyaya müasir elektrosikllərə olan baxışlarını nümayiş etdirmək fikrinə düşmüşdürlər. Onların irəli sürdüyü ideyalar isə Camal Bold konseptində öz əksini tapmışdır. Dizaynerlərin fikrincə paraktiki və ekoloji cəhətdən təmiz olan motosikl həm güclü, həm də sürətli olamlıdır. Bununla belə, ona cəlbedici zahiri görkəm və idman xarakteri də aşılamaq gərəkdir. Camal Bold konseptinin əsas xüsusiyyətləri hidravlik mono amortizatora, 46 millimetrlik diametri olan çəngələ, 17-düymlük alüminium qarışığından hazırlanmış təkər disklərinə, orqanik materiallardan olan küləyə qarşı şüşəyə, alkantara ilə üzlənmiş oturacağa, alüminiumdan hazırlanmış aerodinamik dəstə və 10,6 kilovat-saatlıq iki ədəd Tacita akumulyatoruna malik olmasıdır.
Camal Bold 100 at qüvvəsi gücü olan elektromotorla hərəkətə gəlir ki, bu mühərrik sayəsində elektrosikl 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənmək imkanına malikdir. Bir dolu batareya ilə elektrosikl 100 kilometr məsafə qət etmək iqtidarındadır. Bir batareyanın yenidən doldurulmasına 40 dəqiqə vaxt tələb olunur. Tacita batareyaları 4000 boşalma/doldurulma dövrünə malikdir ki, bu da elektrosiklin istismar müddətini his olunacaq dərəcədə artırır.
Bununla belə, italyanlar Camal Bold konseptin gələcək taleyi barədə heç bir açıqlama verməmişdirlər.