2008-ci ildə Fiat, Ferrari və Bertone’nin keçmiş əməkdaşları tərəfindən yaradılmış «Camal» dizayn mərkəzi maraqlı bir layihə ilə çıxış edib. İtalyanlar Ramusa adlı «allroad» tipli hirbid superkarını buraxmaq niyyətindədirlər. Adının mənası «ilan» olan avtomobil, 1991-ci ildə buraxılmış Bugatti EB110 modelinin bazasında hazırlanacaqdır. Təbii ki, yeni avtomobil Bugatti mühərriki ilə hərəkətə gələcəkdir. Yeni avtomobilin qabarit uzunluğu 4320 millimetr, eni - 2020 millimetr, hündürlüyü isə 1300 millimetr olacaqdır. Avtomobilin klirensinin 250 millimetr olacağı bildirilir. İtalyanlar bu sayədə avtomobilin özündə superkar və krossoverin xüsusiyyətlərini birləşdirdiyini bildirir.

Avtomobil arxa oxun üzərində yerləşən 3.5-litrlik dörd turbinalı V12 mühərriki ilə təchiz olunacaqdır. O, mərkəzdə yerləşən və qabaq oxun fırlanmasına cavabdeh olan elektromotorla birgə çalışacaqdır. Bu avtomobilin tam çəkişli olması deməkdir.  Altı pilləli avtomat qutusu ilə birgə işləyən aqreqatların ümumi gücü 800 at qüvvəsi edəcəkdir.

Belə bir avtomobilin istehsalına əvvəllər də cəhd edilmişdir. Buna misal olaraq Fransanın Axiam Group şirkəti tərəfindən 1983-cü ildə buraxılmış Track Track avtomobilini göstərmək olar. Həmin avtomobil də Mercedes-Benz şirkətinin istehsalı olan V12 mühərriki ilə təchiz edilmişdir.

Bundan əlavə, Audi şirkətinin 2013-cü ildə Frankfurt beynəlxalq avtomobil sərgisində nümayış etdirdiyi Nanuk konseptini də yada salmaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt