İtalyan Militem tüninq atelyesi Jeep Renegade üçün təkmilləşdirmələr proqramını təqdim edib. Hero («Qəhrəman») adlandırılmış layihə avtiomobilə daha brutal görkəm və dəbdəbəli daxil görkəm bəxş edib.
İtalyanların təklif etdiyi tünüinq proqramının tərkibinə yeni radiator barmaqlığı, təkər tağlarının genişləndiriciləri, orijinal bamperlər, asqının qaldırılması, 20-düymlük döymə disklər, salonun dəri ilə üzlənməsi və mühərrikin çip-tüninqi daxildir.
Atelye mütəxəssisləri «Qəhrəmanın» şəhərdə gündəlik istimar üçün tam yararlı olduğunu bildirirlər. Bununla bərabər, hündürlüyü 38 mm artırılmış asqı və daha kiçik bamperlər avtomobilin yolsuzluqda «qəhrəmanlıq etmək» imkanlarını da yaxşılaşdırıb.
Avtomobilin salonunun üzlənməsində nazik dəridən istifadə edilib. Oturacaqlar, ön panel, qapı üzlükləri və baqaj hissəsinin döşəməsi dəri ilə üzlənib. Militem mütəxəssisləri interyeri müştərinin arzu və tələblərinə uyğun olaraq, müxtəlif rəng variantlarında tərtib etməyə hazır olduqlarını da bildiriblər.
Militem firması krossoverin təchiz edildiyi 180 at qüvvəli 1,3-litrlik «turboüçlüyün» və 170 at qüvvəli 2,0-litrlik turbidizelin gücünü 20 at qüvvəsi artırmağı təklif edirlər.