Bu günlərdə sosial şəbəkələrdə maraqlı bir elektromobilin şəkilləri peyda olub: bu, uzunluğu təxminən 5,5 metr olan Maextro S800 nümayəndəlik sedandır. Yeni brend JAC və Huawei şirkətləri tərəfindən birlikdə yaradılıb və tərəfdaşlar onun rəqiblərinin bənzər ölçülü Mercedes-Maybach S-Class və Rolls-Royce Ghost sedanlarının olacağını iddia edirlər. Çin ənənəsinə görə, dizaynerlər avtomobilin statusunu xrom elementlər, kuzovun ikirəngli boyanma sxemi və “monoblok” təkər diskləri ilə vurğulayırlar.

İlkin məlumatlara görə, Maextro brendinin ilki elektromobillər üçün hazırlanmış yeni platformada inşa olunub. İT nəhəngi Huawei tərəfindən işlənmələr üzərində Harmony Intelligent Mobility Alliance (HIMA) çalışıb: çox güman ki, Çin nəhəngi məlumat-əyləncə kompleksi, avtopilot və aktiv təhlükəsizlik sistemlərinə cavabdehdir. Maextro avtomobillərinin qiyməti bir milyon yuandan (138 min dollar) çox olacağı da bildirilir.

Əvvəlcə, yeni brendin satışlarının 5,2 metr uzunluğundakı minivenlə başlayacağı güman edilsə də, tərəfdaşlar sedana üstünlük vermək qərarına gəliblər. Maextro S800 öz sinif yoldaşlarından heç də pis görünmür: diqqəti klassik nisbətlər, təmkinli dizayn, görkəmli arxa qapı, Britaniya və Almaniya sedanlarının ruhunda olan sanballı  təkər diskləri cəlb edir. Daha ətraflı məlumat noyabrın 26-da keçiriləcək təqdimatda açıqlanacaq. Satış planları da o zaman təsdiqlənə bilər.

JAC şirkəti üçün Huawei ilə əməkdaşlıq lüks seqmentə müdaxilə etmək şansıdır. Bununla belə, HIMA şirkətinin birgə layihələrdə çatışmazlığı yoxdur: şirkət, Seres ilə birlikdə elektromobilləri və AITO hibridlərini, Chery ilə birlikdə Luxeed xəttini, BAIC ilə birlikdə Stelato modellərini istehsal edir. Çin mətbuatının məlumatına görə, JAC ildə 35 min S800 sedan istehsal etmək niyyətindədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.