İT nəhəngi Huawei tərəfindən yaradılmış Harmony Intelligent Mobility Alliance (HIMA) şirkəti JAC ilə birgə yaratdıqları lüks Maextro brendinin ilk modelini təqdim edib. S800 sedanı Mercedes-Maybach, Bentley və Rolls-Royce avtomobilləri ilə rəqabət aparmağı hədəfləyir, lakin onun qiymətdən başqa, alıcıları nə ilə cəlb edəcəyi hələlik məlum deyil. Bununla belə, əgər layihədə Huawei varsa, əsas diqqətin yeni texnologiyalara yönəldiləcəyini güman etmək olar.

Maextro S800 sedanının HIMA şirkətinin digər avtomobili, Stelato S9 sedanından daha dəbdəbəli olacağı gözlənilir. Sedan üçüncü səviyyəli avtopilotu dəstəkləyən elektron arxitekturaya malik olan Tuling II Longxing platformasına əsaslanacaq. Huawei şirkətinin istehlak məhsulları bölməsinin İdarə heyətinin sədri Yu Çjendunun dediyinə görə, S800 "çox mötəbərli, böyük və parlaq avtomobil" olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modelin dizaynı 8S konsepsiyasına uyğun olaraq hazırlanıb: Super Cruise (superkruiz), Super Maneuverabillity (supermanevrlilik), Super Awarenees (super məlumatlılıq), Super Privacy (super məxfilik), Super Communication (superünsiyyət), Super AI (super süni intellekt), Super Protection (supermüdafiə) və Super Reliability (superetibarlılıq). Elektrik stansiyası çox güman ki, hibrid və ya elektrik olacaq. Qiymət diapazonu 1-1,5 milyon yuan təşkil edir ki, bu da təxminən 352 min manata bərabərdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.