Möhtəşəm Jaguar C-X75 konsepti əvvəlcə gələcək avtomobil texnologiyalarının növbəti nümayişçisi kimi yaradılmışdı: ilk inşa edilən modeldə dörd Yasa dartma elektrik mühərriki və qaz-turbin generatoru var idi. Bununla belə, Paris avtosalonundakı furordan sonra, Jaguar 250 ədəd əmtəə avtomobili partiyasını buraxmağa qərar vermişdi. Bu planı həyata keçirmək mümkün olmadı, və əslində sadələşdirilmiş texnologiyaya malik olan 11 avtomobil buraxıldı.

Sınaq üçün nəzərdə tutulmuş beş prototipdə iki elektrik mühərriki və generator kimi işləyən 1,6-litrlik benzin “turbodördlüyü” var idi. Daha altı avtomobil isə, Jaguar SVO bölməsi tərəfindən Williams Advanced Engineering mühəndislik firması ilə birlikdə Ceyms Bond franşizasından olan "Spectre" filminin çəkilişləri üçün inşa edilmişdi. Bu superkarlar kompressorlu 5.0-litrlik V8 mühərriki (499 at qüvvəsi), avtomatik transmissiya və məhdud sürtünməli differensialı olan arxa ötürmə ilə təchiz edilmişdilər. 2019-cu ildə filmdə çəkilmiş avtomobillərindən biri - 001 seriya nömrəsi olan superkar RM Sotheby's hərracında satılmışdı.

Xoşbəxt bir təsadüf nəticəsində, təxminən eyni vaxtda, C-X75 modelinin görünüşü üzərində işləmiş dizayner Yan Kəllam kiçik miqyaslı və birdəfəlik layihələri həyata keçirmək üçün öz studiyasını yaradıb. 007 nömrəli başqa bir aktyor-superkarın xoşbəxt alıcısı onu yol avtomobilinə çevirmək üçün Kəllama müraciət edib. Layihə ictimaiyyətə açıqlanmasa da, bu ilin əvvəlində tamamlanıb. Sifarişçi avtomobilin filmdəki orijinal vəziyyətini maksimal dərəcədə qorunub saxlanmasını tələb edib.

Ancaq Callum studiyasının üzərində işlədiyi ikinci Jaguar C-X75, əksinə, ictimayyətə təqdim edilib. Bu, hərracda satılmış 001 nömrəli şassisi olan superkardır və onun üçün əks amplua seçilib: kupe ilkin olaraq dizayner Yan Kallamın görmək istədiyi vəziyyətə gətirilib. Parlaq narıncı kuzov boyası zərif Willow yaşıl rəngli ilə əvəz olunub: boyanma işlərinə və aktiv aerodinamik elementlərin (hava əyləci ilə) tətbiqinə 1000 saatdan çox vaxt sərf edilib. Ön asqı hidravlik sistem ilə tamamlanıb ki, o da yoldakı kələ-kötürləri qət etmək üçün avtomobilin burnunu qaldırır. Təkmilləşdirilmiş hərəkət rahatlığı da vəd edilib.

İki muftalı yeddi pilləli "robot" peyda olub, lakin kompressorlu V8 və arxa ötürmə saxlanılıb. Kupenin salonu əsaslı şəkildə dəyişdirilib, çünki filmdəki avtomobilin interyeri demək olar ki, çılpaq metaldan ibarət idi. Ancaq indi yenidən doğulmuş C-X75 cihazlar panelinin iri siferblatları və multimedia sisteminin üç sensorlu ekranı olan orijinal ön paneli ilə öyünə bilər. Rahatlıq elementlərinə simsiz enerji doldurma meydançası, Apple CarPlay dəstəyi və arxa görüntü kamerası daxildir. Bundan əlavə, üst konsolda mühərriki işə salma düyməsi və digər tanış idarəetmə elementləri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, avtomobil ümumi istifadədə olan yollara buraxılması üçün zəruri olan tələblərə uyğunlaşdırılıb və sertifikatlaşdırılıb. Bununla belə, Jaguar C-X75 kupesinin sonrakı tirajlanmasından söhbət getmir. Jaguar özü də artıq dəbdəbəli elektrikləşdirmə yoluna üz tutub və uzun müddətdir ki, superkar layihəsini yada salmır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.