Gələn il Jaguar brendi ilk idman avtomobiliniin - XL120 sportkarının buraxılmasının 75 illik yubileyini qeyd edir. Britaniyalılar bu əlamətdar hadisəni F-Type modelinin xüsusi versiyasının buraxılması ilə qeyd etməyə hazırlaşırlar. Özü də, bu sportkar daxili yanma mühərrikli sonuncu Jaguar idman avtomobili olacaqdır. Bundan sonra, şirkət total elektrikləşdirməyə başlayacaqdır - bütün mövcud olan avtomobillər ya ekoloji cəhətdən təmiz mühərrikləri alacaq, ya da model xəttindən yoxa çıxacaqlar.
Yubiley seriyasından olan Jaguar F-Type modeli bu ilin sonuna qədər işıq üzü görəcəkdir. Bunu, “Auto Express” nəşrinə müsahibə verən Jaguar Land Rover konserninin baş direktoru Tyerri Bollore bildirib. O, hazırlanan xüsusi versiya haqqında təfərrüatları açıqlamayıb, sadəcə onun brendin daxili yanma mühərrikləri ilə bağlı tarixinin mükəmməl yekunu olacağını qeyd edib.
Jaguar Land Rover (JLR) konserninin Reimagine elektrikləşdirmə strategiyası Jaguar şirkətini təxminən 100.000 dollar qiyməti olan dəbdəbəli batareyalı avtomobillərin aparıcı istehsalçısına çevirməsini nəzərdə tutur. Hazırda şirkətin mühəndisləri elektromobillər üçün nəzərdə tutulmuş ən müasir universal arxitekturanın üzərində çalışırlar. Bollorenin bildirdiyinə görə, tezliklə yeni platformaya əsaslanan ilk “qatırların” sınaqlarına başlanılacaqdır.
Yeni arxitektura parlaq dizayna və qabaqcıl sistemlərə malik olan yeni model xəttinin əsasını təşkil edəcəkdir. 2030-cu ilə qədər satılan bütün Jaguar modelləri elektrokar olmalı, Land Rover markasının satılarındakı belə avtomobillərin payının 60 faizə çatdırılması planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.