Jaguar şirkəti XE sedanının xüsusi modifikasiyası olan SV Project 8 modelini təqdim etmişdir. Bu modifikasiya brinatiya markasının Special Vehicle Operations (SVO) bölümü tərəfindən hazırlanmışdır. İstehsalçı bu modeli tarixində olan ən güclü avtomobil kimi səciyyələndirmişdir.
Sedan 5.0-litrlik ötürməli kompressoru olan V8 mühərriki ilə təchiz edilmişdir. Mühərrikin 600 at qüvvəsi hasil etdiyi açıqlansa da, avtomobilin digər texniki xüsusiyyətləri açıqlanmamışdır. Jaguar şirkətinin xüsusi modifikasiyadan olan sedanı 300 nüsxəlik məhdud sayda tirajla istehsal edəcəyi bildirilmişdir.
Hazırda avtomobil Nürburqrinq trekində sınaqlarda iştirak edir. SVO Design bölümü bərkgedən sedan üçün xüsusi kamujlyaj da hazırlamışdır. Rəsmi olaraq Jaguar XE SV Project 8 modeli 28 iyunda təqdim ediləcəkdir. İki gün sonra isə, sedanın Qudvudda keçiriləcək sürət festivalında iştirakı nəzərdə tutulmuşdur..